Mütəxəssislər güclü maqnit qasırğalarının olacağı barədə xəbərdarlıq ediblər.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, maqnit qasırğaları martın 16-da, 17-də və 23-də gözlənilir. Alimlərin fikrincə, güclü günəş dalğası Yerin elektromaqnit sahəsinə xələl gətirə bilər. Bundan əlavə, günəş fəallığı meteohəssas insanların səhhətinə ziyandır. Xüsusilə hipertoniya, ürək-damar xəstəliyi olan insanlar risk qrupuna düşürlər.
Həkimlər həmin günlərdə meteohəssas insanlara öz səhhətlərinə fikir verməyi məsləhət görürlər.