• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gübrələr nə vaxt verilməlidir? – Mütəxəssisin cavabları

  • 06 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Yazın ilk günlərindən bağ-bağatda, park və xiyabanlarda ağaclar əkilir, yaşıllıqlar salınır. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının ağac və kol bitkiləri laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev bununla əlaqədar olaraq AZƏRTAC-a müsahibəsində yaşıllaşdırma zamanı gözlənilməli tədbirlərdən danışıb. Bioloq-alimin dediklərini Novator.az-ın oxucularına da təqdim edirik.

– Yaşıllaşdırma zamanı müəyyən bir sistem gözlənilməlidir. Məsələn, yolboyu “Vaşinqton palması” adlanan bitki əkilirsə, onun avtomobil tüstüsünə və qışın sərt şaxtasına davamsız olduğu mütləq nəzərə alınmalıdır. Bitkini əkərkən onun böyümə gücünü, habitusunun ölçüsünü, torpaq-iqlim amillərinə tələbatını və s. bilmək lazımdır. Təbii ki, kölgəsevən bitki günəş şüasinin intensiv düşdüyü ərazilərdə əkiləndə yaxşı inkişaf etmir.

– Bitki əkiləndən sonra hansı qulluq işləri aparılmalıdır?

– İlk növbədə onu əkəndən sonra suvarmaq lazımdır, sonrakı suvarmalar torpaq-iqlim şəraitindən asılıdır. Birinci il suvarma xüsusi nəzarətdə aparılmalıdır, çünki yeni əkilmiş bitkinin kökü torpaqla tam təmasda olmadığından əkildiyi yerdən rütubət götürmək qabiliyyəti aşağı olur və quruma sürətlənir. Bitkinin suvarılması onun bioloji xüsusiyyəti, yəni suya tələbatı, təbii yağıntıların miqdarı, torpağın su saxlamaq keyfiyyəti və digər amillərdən asılıdır. Suvarmada əsas məqsəd torpaqda optimal rütubətlənmə rejimini qoruyub saxlamaqdan ibarətdır. Ağır mexaniki tərkibli torpaqlarda həmin norma 75-80, orta mexaniki tərkibli torpaqlarda 70-75, yüngül-qumsov torpaqlarda 60-65 faizə yaxındır. Başqa sözlə desək, 1 kvadratmetr ərazini 30 santimetr dərinlikdə nəmləndirmək üçün qruntdan asılı olaraq 20-40 litr su tələb olunur.

Əkindən sonrakı vacib tədbirlərdən biri də bitkinin dibinin gübrələnməsidir. Bitki uzun müddət eyni yerdə becəriləndə torpaqdakı qida maddələrini mənimsəyib tükəndirir. Oksigen, hidrogen, azot, fosfor, kalium, kükürd, dəmir və s. qida maddələri hesab olunur. Həmin maddələr üzvü və mineral gübrələr şəklində tətbiq olunaraq torpaq məhlulunda ionlaşma və parçalanma nəticəsində əmələ gəlir.

– Gübrələrin nə vaxt verilməsi məsləhətdir?

– Üzvi gübrələr – peyin, kompost, peyin şirəsi, torf və s. torpaqda gec minerallaşdığına görə ondan daha çox payız-qış aylarında istifadə etmək məsləhətdir, çünki üzvi gübrələrdən ayrılan istilik qış aylarında həm bitkini şaxtadan qoruyur, həm də vegetasiya başlayana qədər parçalanaraq bitkinin istifadə edə biləcəyi formaya düşür.

Mineral gübrələr – azot, fosfor, kalium tərkibli makrogübrələr əsasən yazqabağı verilir. Azot tərkibli gübrələrin yay aylarında verilməsi qida əhəmiyyəti ilə yanaşı həm də torpağı sərin saxlamağa xidmət edir. Gübrələnmə norması torpağın tərkibi, bitkinin yaşı və bioloji xüsusiyyətlərindən asılıdır. İl ərzində orta hesabla 4-6 yaşa qədər bitki üçün 25-50, 6 yaşdan yuxarı olan bitki üçün 50-100 qram mineral gübrə, 3-4 ildən bir isə hər bitkiyə 5-10 qram üzvü gübrə verilməlidir.

8 mart ərəfəsinin rəqəmləri

  • 06 Mart 2017
  • comments

Ermənistanda seçki sorğusu: hakim partiya ikincidi...

  • 06 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda