• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyan yenə meydan oxuyur

  • 01 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistan prezidenti Serj Sərkisyan yenə Azərbaycana meydan oxuyub. Novator.az-ın məlumatına görə, fevralın 28-i Karnegi Fondunun Brüssel şöbəsində çıxış edən Sərkisyan Dağlıq Qarabağ münaqişəsinə toxunub. O deyib ki, 2016-cı ilin aprel ayındakı döyüşlərdən sonra Vyanada və Sankt-Peterburqda keçirilən sülh danışıqlarında atəşkəsə dönmədən əməl olunması və pozuntu hallarının araşdırılması mexanizminin qurulması barədə razılaşma əldə edilib: “Ancaq Azərbaycan həmin razılaşmanın icrasından yayınır və bəyan edir ki, bu, Dağlıq Qarabağ məsələsində status-kvonu möhkəmləndirə bilər. Azərbaycan status-kvonu dəyişmək istəyirsə, bunun bir yolu var – Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək haqqını tanımaq”.

Cəbhə xəttindəki davamlı gərginlik barədə danışan Sərkisyan Azərbaycanı hədələyib. O deyib ki, hərbi əməliyyatlar Azərbaycan üçün pis nəticələnə bilər: “Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olan Ermənistan istənilən güc tətbiqinə cavab verməyə hazırdır”.

Sərkisyan fevralın 27-si Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdən sonra keçirilən brifinqdə də Dağlıq Qarabağ münaqişəsi barədə danışmışdı: “Ermənistan güzəştlərə hər nə qədər hazır olsa da, əsas məsələ Dağlıq Qarabağ xalqının öz gələcəyini azad iradə əsasında müəyyən etmək haqqıdır. Başqa yanaşma ola bilməz. Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək haqqı yalnız beynəlxalq hüququn əsas müəyyənedici sənədləri ilə bəyan olunmayıb, vasitəçilərin – ATƏT-in Minsk qrupunun həmsədrlərinin çoxsaylı bəyanatlarında da əks edilərək tanınıb”.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun həndəvərindəki 7 rayon zəbt olunub. Dağlıq Qarabağ vilayəti 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib.

Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində bəzi məntəqələri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi bildirilir.

Yeni qayda: yaşıllıq salanlara pulsuz yardım göstə...

  • 01 Mart 2017
  • comments

Dünya milyarderlərinin siyahısı

  • 01 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda