• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pakistanda hərbi razılaşma

  • 01 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Pakistan səfərində olan prezident İlham Əliyev fevralın 28-də baş naziri Məhəmməd Nəvaz Şəriflə görüşüb. Təkbətək görüşdə iki ölkə arasında siyasi əlaqələr müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı qarşılıqlı dəstək və qətiyyətli mövqe nümayiş etdirildiyi qeyd olunub.

Müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələrin müzakirə olunduğu, Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildiyi bildirilir.

Görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Sonra İlham Əliyev Pakistan prezidenti Məmnun Hüseynlə bir araya gəlib. Görüşdə iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulanıb, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunub.

AZƏRTAC-ın məlumatına görə, həmin gün İslamabadda İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla da görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib, enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmin gün Məmnun Hüseynin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində iştirak edən nümayəndə heyəti rəhbərlərinin şərəfinə şam yeməyi verilib. İlham Əliyev şam yeməyində iştirak edib.

Martın 1-i İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti işə başlayıb.

Trampın 16 adamı xeyir-dua alıb

  • 28 Fevral 2017
  • comments

Birinci vitse-prezident: “Konstruktiv tənqidi dinl...

  • 01 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda