• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Politoloq: “Atəşkəs yoxdur, bitib”

  • 28 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağ bölgəsini və onun həndəvərindəki 7 rayonu zəbt edən Ermənistan danışıqlarda bölgənin statusu məsələsini ön plana qoyur. Ermənistan prezidenti Serj Sərkisyan fevralın 27-si Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə keçirdiyi brifinqdə deyib ki, münaqişənin həlli üçün əsas məsələ Dağlıq Qarabağ xalqının öz gələcəyini azad iradə əsasında müəyyən etmək haqqıdır: “Başqa yanaşma ola bilməz. Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək haqqı yalnız beynəlxalq hüququn əsas müəyyənedici sənədləri ilə bəyan olunmayıb, vasitəçilərin – ATƏT-in Minsk qrupunun həmsədrlərinin çoxsaylı bəyanatlarında da əks edilərək tanınıb”.

Dağlıq Qarabağ danışıqları dalana dirənib və bu da cəbhə xəttində gərginliyi artırıb. Yaranmış vəziyyətdə Azərbaycan Madrid prinsiplərindən imtina eləməlidirmi?

Novator.az-ın sualını cavablandıran politoloq Elxan Şahinoğlu mövcud durumu belə qiymətləndirib: “Atəşkəs 2 il əvvəl bitib. Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir və danışıqlarda bu rayonlardan şantaj məqsədi ilə istifadə edir. Yəni rəsmi Bakıya deyirlər ki, əvvəlcə Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum tarixini sənədə salaq, sonra bu rayonları azad edərik. Bu, açıq-aşkar şantajdır. Özünə hörmət edən heç bir dövlət bu şantaja baş əyməz. Ona görə də Azərbaycan ordusunun işğalçı Ermənistana təzyiq etməkdən başqa alternativi qalmayıb. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafındakı postları hədəf altındadır.

Azərbaycan silah və texnikanın alınmasına on milyardlarla dolları ona görə xərcləməyib ki, bu silahlar anbarlarda paslansın. Ermənistanın siyasi dairələri və cəmiyyəti anlamalıdır ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər lokal döyüşlər davam edəcək və bu döyüşlərin daha genişmiqyaslı toqquşmalara gətirib çıxaracağı istisna deyil.

Beynəlxalq aləm də bilməlidir ki, Ermənistanın ordu birləşmələri Dağlıq Qarabağ ətrafındakı bölgələri azad etməyənə qədər öz üzərində Azərbaycan Ordusunun təzyiqini hiss edəcək. Atəşkəs yoxdur, bitib”.

Ermənistan iqtisadiyyatı həm artıb, həm də geriləy...

  • 28 Fevral 2017
  • comments

Trampın 16 adamı xeyir-dua alıb

  • 28 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda