• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qəza hesabatı

  • 27 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi 2016-cı ilin yol-nəqliyyat hadisələri haqqında hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, 2016-cı ildə ölkənin avtomobil yollarında 2015-ci illə müqayisədə 9,6 faiz az hadisə baş verib. Hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı əvvəlki ilə nisbətən 12,6 faiz azalıb. 759 nəfər həlak olub, 2003 nəfər yaralanıb.

Yol-nəqliyyat hadisələrinin 44 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Həlak olanların 76,8 faizi, yaralananların isə 70,6 faizi kişilərdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 37 hadisə baş verib, nəticədə 18 nəfər ölüb, 34 nəfər yaralanıb. Belə hadisələrin 78,4 faizini minik avtomobillərinin sürücüləri törədib.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanan inzibati xətaların sayı 2015-ci ilə nisbətən 13 faiz artaraq 2 milyon 861,9 min olub. Xətaların 50 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,6 faizi yol ayrıcını keçmə, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 85,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Qətərdə sənədlər imzalandı

  • 27 Fevral 2017
  • comments

Yaşıl meydanlar qışdan nə ilə çıxır?

  • 27 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda