Qətərə rəsmi səfər edən prezident İlham Əliyevin fevralın 27-si Dohadakı Əmir sarayında rəsmən qarşılanıb. İlham Əliyev Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə və təkbətək görüşüb. Prezidentin və əmirin iştirakı ilə Azərbaycan-Qətər sənədləri imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanan sənədlər bunlardır: “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu; “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu; “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında” Anlaşma Memorandumu; “Azərbaycan Respublikası Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında” Anlaşma Memorandumu; “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair” Sazişə əlavə Protokol; “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu.