• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanda seçkiyə 1531 namizəd qatılıb

  • 27 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkisinə qatılan partiya və blokların qeydiyyatını başa çatdırıb. Novator.az-ın məlumatına görə, 9 siyasi qüvvənin namizədləri qeydiyyata alınıb. 101 mandat uğrunda 1531 namizəd mübarizə aparacaq.

Seçki bülletenlərində siyasi qüvvələrin ardıcıllığı püşklə belə müəyyən olunub:

“Gediş” bloku

Azad Demokratlar Partiyası

Erməni Dirçəlişi Partiyası

Sarukyan bloku

Konqres-Xalq Partiyası bloku

Respublika Partiyası

Kommunist Partiyası

Ohanyan-Raffi-Oskanyan bloku

Daşnaksütun Partiyası.

Parlament seçkisi aprelin 2-də keçiriləcək. Seçkiqabağı təşviqat martın 5-dən 31-nə qədər davam edəcək.

Prezident Serj Sərkisyanın lider olduğu hakim Respublika Partiyasının namizədlərinin siyahısına müdafiə naziri Vigen Sərkisyan başçılıq edir.

Sabiq prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresi ilə Xalq Partiyasının qurduğu blokun siyahısında birincidir.

Keçmiş müdafiə naziri Seyran Ohanyan seçkiyə sabiq xarici işlər nazirləri Raffi Ovannisyan və Vardan Oskanyanla bir blokda qatılır. Namizədlər siyahısında Seyran Ohanyan öndə durur.

Çiçəklənən Ermənistan Partiyasına rəhbərlik edən iş adamı Qaqik Sarukyan soyadını daşıyan blokun namizədlərinin siyahısında ilk sıradadır.

Ermənistanın 2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiyası ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı 53 mandatı olan partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.

27 fevral məzənnələri

  • 27 Fevral 2017
  • comments

Rəsmilərin qəbul cədvəli

  • 27 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda