• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanın Kolumbiya sınağı

  • 27 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) martın 8-də Azərbaycanın öhdəliklərini müzakirə edəcək. Ötən il oktyabrın 26-da MHŞT üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt verib. Ekspertlər qeyd edib ki, həmin müddətdə vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, ölkənin təşəbbüsdəki statusu dayandırılacaq.

MHŞT 14 ildir qurumun üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində namizədə qədər azaldıb. Bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilib, Azərbaycana problemlərin həllindən ötrü vaxt verilib.

MHŞT üzrə beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu “Azadlıq” radiosuna deyib ki, 26 oktyabr 2016-cı ildə Astanada keçirilən 35-ci toplantıda Azərbaycanın təşkilat qarşısında öhdəliklərinin yerinə yetirməsi əsas müzakirə mövzularından olub: “Mövcud durumu dəyərləndirən MHŞT üzrə rəhbər komitə Azərbaycan hökuməti üçün 3 tələb – QHT-lər üçün reyestrdən çıxarışın, qrant müqavilələrinin qeydiyyatının və xarici donorların qeydiyyatının ləğvini irəli sürmüşdü. İslahedici tədbirlər planının tərkib hissəsi olan bu tələblərin icrasının qiymətləndirilməsi əsasında martın 8-9-da Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək 36-cı toplantıda Azərbaycanla bağlı növbəti qərar veriləcək.

Hazırda tələblərin icrasının qiymətləndirilməsi prosesi davam edir. İlkin qiymətləndirmə göstərir ki, islahedici tələblərin yerinə yetirilməsi istiqamətində bir sıra addımlar atılsa da, bunlar hökumətin qarşısına qoyulan vəzifələrin həllinə yetərli deyil. Çünki qrantların və donorların qeydiyyatı qaydalarındakı son dəyişikliklər bu prosesin sadələşdirilməsinə xidmət etsə də, yenə qeydiyyat prosedurları qüvvədədir. Yeni dəyişikliklərdən sonra da qeydiyyata dair qərar verən orqanın bununla bağlı müstəsna hüququ saxlanır. Yəni Ədliyyə Nazirliyi yenə də subyektiv əsaslarla bir qrant müqaviləsini qeydiyyata ala, digərinin isə qeydiyyatından imtina edə bilər. Odur ki, bu qaydalar bütövlükdə ləğv olunmalı və müvafiq qanunlarda ona uyğun dəyişikliklər aparılmalıdır.

İndiyə qədər baş verənlərin təhlili və qiymətləndirilməsi onu göstərir ki, İdarə Heyətinin növbəti toplantısında Azərbaycanla bağlı müzakirələr asan keçməyəcək. Əvvəlcədən bəyan edirəm ki, Boqota toplantısında qəbul ediləcək istənilən qərarın məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə düşür. Çünki Astana toplantısında qəbul edilən islahedici tədbirlər planını yerinə yetirəcəyinə öhdəlik götürən Azərbaycan hakimiyyətidir”.

Zabil Müqabiloğlu vəfat edib

  • 27 Fevral 2017
  • comments

5 nəfərin şəhid olduğu açıqlandı

  • 27 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda