• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xarici ticarətin genişləndirilməsinə fərman verilib

  • 24 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlərə fərman verib. Novator.az-ın məlumatına görə, fərmanla İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu tapşırıqları alıb:

– www.azexport.az internet portalında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını dörd ay müddətində təmin etmək;

– Azərbaycanda istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlərin portalda yaradılmasını üç ay müddətində təmin etmək;

– Portala inteqrasiya olunmuş dövlət orqanlarının informasiya resursları arasında portal daxilində real vaxt rejimində məlumat mübadiləsinin təşkil edilməsi ilə bağlı tədbirlər görmək;

– Portal vasitəsilə təqdim olunan malların dəyərinin real vaxt rejimində ödənilməsi imkanının və elektron pul kisəsinin yaradılmasını təmin etmək;

– Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vergilər Nazirliyi ilə birlikdə elektron imzanın, o cümlədən “ASAN imza”nın, habelə xarici ölkələrdə verilmiş və “Elektron imza və elektron sənəd haqqında” qanunla Azərbaycanda tanınmış elektron imza sertifikatlarının portala inteqrasiyasının təmin olunması ilə bağlı tədbirlər görmək;

– Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görmək.

Tapşırıqların icrası üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 450 min manat ayrılıb.

Fevralın 23-də imzalanan fərmanla Nazirlər Kabineti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və başqa qurumlar qarşısında da tapşırıqlar qoyulub.

Prezident: “Bilirik ki, kənardan təzyiq halları ol...

  • 24 Fevral 2017
  • comments

Naxçıvanın Konstitusiyasında nələr dəyişdi?

  • 24 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda