• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan prezidentində hansı səlahiyyətlər qalacaq?

  • 24 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Ermənistan yeni konstitusiya ilə parlament idarə üsuluna keçir. Yeniliyə görə, hökuməti 101 nəfərlik parlamentdə 53 səs çoxluğuna sahib partiya quracaq. 2018-ci ildə indiki prezidentin səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 7 il müddətinə seçəcək.

Novator.az Ermənistan Konstitusiyasının prezidentlə bağlı 2018-ci ildə qüvvəyə minəcək müddəalarına nəzər salıb.

Ana qanuna görə, 40 yaşa çatmış, son 6 ildə yalnız Ermənistan vətəndaşı olmuş və həmin dövr ərzində ölkədə daimi yaşamış, erməni dilini bilən şəxs prezident seçilə bilər. Prezidentliyə namizədi deputatların ən azı dörddə biri irəli sürür.

Bir şəxsin yalnız bir dəfə prezident seçilmək hüququ var. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır.

Prezidentin parlamentə öz səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət hüququ var.

Dövlət başçısı parlamentin qəbul etdiyi qanunları 21 gün ərzində imzalayır və yaxud həmin müddət ərzində Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi qanunun konstitusiyaya uyğunluğuna rəy versə, prezident 5 gün ərzində onu imzalamağa borcludur. Əks halda həmin qanunu imzalamaq hüququ parlament sədrinə keçir.

Yeni seçilmiş parlament fəaliyyətə başlayan gün prezident hökumətin istefasını qəbul edir. Nazirlər Kabineti üzvləri baş nazirin təqdimatı ilə təyin olunur.

2018-ci ildən Ermənistan prezidentinin xarici siyasət sahəsində bu səlahiyyətləri qalacaq: hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək.

Prezidentin ratifikasiya tələb etməyən beynəlxalq müqavilələri hökumətin təqdimatı ilə təsdiq və ləğv etmək, baş nazirin təqdimatı ilə ali diplomatik rütbələr vermək səlahiyyəti olacaq.

Silahlı Qüvvələrlə bağlı səlahiyyətlər belə sıralanıb: baş nazirin təqdimatı ilə qoşunların ali komandan heyətini vəzifəyə təyin və vəzifədən azad etmək; baş nazirin təqdimatı ilə ali hərbi rütbələr vermək.

Vətəndaşlıq məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif prezidentin səlahiyyətidir.

Prezident parlamentin təsdiqi gecikdirilən halda bəzi vəzifələrə müvəqqəti icraçı təyin edir.

Konstitusiyanı pozmaq, dövlətə xəyanət və başqa ağır cinayətlərə görə prezident vəzifəsindən kənarlaşdırıla bilər. Bu halda parlament Konstitusiya Məhkəməsinin rəyini alandan sonra deputatların ən azı üçdə iki səs çoxluğu ilə qərar çıxarır.

Casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşları...

  • 24 Fevral 2017
  • comments

Püşk türklərə yenə yunanları qismət elədi

  • 24 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda