• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arizona ştatında Xocalı bəyannaməsi qəbul olunub

  • 24 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası fevralın 23-də Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul edib. AZƏRTAC-ın məlumatına görə, Nümayəndələr Palatasının təxsisatlar komitəsinin sədri Don Şuterin plenar iclasda oxuduğu və yekdilliklə qəbul edilən bəyannamə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Palatanın bütün üzvləri Xocalı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq bəyannamənin oxunmasını ayaq üstündə dinləyiblər.

Bəyannamədə bildirilir ki, erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-26-da Azərbaycanın Xocalı şəhərini işğal edərək 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qırğın olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və ABŞ-ın 20 ştatının qanunverici orqanlarının və qubernatorlarının müvafiq sənədlər qəbul edərək bu qətliamı pislədikləri vurğulanır.

Bəyannamədə deyilir: “Bu soyqırımını törədənlər hələ də azadlıqdadırlar və məsuliyyətə cəlb olunmayıblar”.

Ermənistan-Azərbaycan münaqişəsinin hələ də davam etdiyi bildirilən sənəddə buna səbəb kimi Ermənistan ordusunun Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini hələ də işğal altında saxlaması göstərilir.

Məlumata görə, bu, Arizona qanunverici orqanında Xocalı faciəsinə dair qəbul edilmiş ikinci sənəddir. İlk sənədi 26 fevral 2015-ci ildə ştat Senatı qəbul edib. 2014-cü ildə isə Arizona Senatı və Nümayəndələr Palatası Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini pisləyən qətnamələr çıxarıb.

Azərbaycana gələnlərin sayı 12,1 faiz artıb

  • 24 Fevral 2017
  • comments

Məzənnələrdə artım var

  • 24 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda