• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ işi: bir neçə əcnəbiyə cinayət işi qaldırılıb

  • 23 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Baş Prokurorluq Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş əcnəbilərlə bağlı açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo, Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və London Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal zonasındakı Azıx mağarasında arxeoloji qazıntı işləri həyata keçiriblər.

Açıqlamaya əsasən, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyinin, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə dəstəyi və digər dəstək vermələrinə əsaslı şübhələr üzə çıxıb: “Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində iş başlanıb. Həmin fəaliyyətin Azərbaycan qanunvericiliyinə və beynəlxalq humanitar hüququn normalarına uyğunluğu araşdırılır. İttiham üçün əsas verən əsaslı şübhələr olduğundan həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün “İnterpol”a müvafiq sorğu göndərilib”.

Açıqlamada bildirilir ki, Avropa Parlamentinin üzvləri – Lüksemburq vətəndaşı Frank Engel, Kipr vətəndaşı Eleni Teoxarus və Çex Respublikasının vətəndaşı Yaromir Ştetina “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma rejimi kütləvi informasiya vasitələrində, iştirak etdikləri beynəlxalq tədbir və konfranslarda “müstəqil dövlət” kimi təqdim ediblər. Həmin şəxslərin Azərbaycanın dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən son dəfə 2017-ci il fevralın 20-də işğal bölgəsində keçirilmiş qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçmələrinə əsaslı şübhələr olduğu, barələrində cinayət işi qaldırıldığı, məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçildiyi, beynəlxalq axtarış  üçün “İnterpol”a müvafiq sorğu göndərildiyi vurğulanır.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistanın işğalı altındadır. Ölkənin Xarici İşlər Nazirliyi həmin ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını arzuolunmaz şəxslər siyahısına salır, onların Azərbaycana səfərini yasaqlayır.

Adı qara siyahıda olan, beynəlxalq axtarışa verilmiş bloqçu Aleksandr Lapşin Belarusda tutularaq bu ay Bakıya gətirilib. Baş Prokurorluq onu dövlət əleyhinə yönələn açıq çağırışlarda və dövlət sərhədini qanunsuz keçmədə ittiham edir.

Azərbaycan əsgəri şəhid olub

  • 22 Fevral 2017
  • comments

“Fənər” söndü

  • 23 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda