Fevralın 21-də prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda İlham Əliyev ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanı təqdim edib.
Mehriban Əliyeva birinci vitse-prezident postuna fevralın 21-də dövlət başçısının sərəncamı ilə təyin olunub.
Təhlükəsizlik Şurası prezident yanında məşvərətçi orqandır. 1997-ci il aprelin 10-da prezident fərmanı ilə yaradılmış Təhlükəsizlik Şurasının tərkibinə Milli Məclisin sədri, baş nazir, Prezident Administrasiyasının rəhbəri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, daxili işlər naziri və başqa vəzifəli şəxslər daxil edilib. Şuranın katibi funksiyalarını Prezident Administrasiyasının rəhbəri yerinə yetirir.