Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib. Novator.az xəbər verir ki, dövlət başçısı sərəncamı fevralın 21-də imzalayıb.
Mehriban Əliyeva 1964-cü ildə Bakıda doğulub. 1988-ci ildə 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirib. 1992-ci ilədək Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olur. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Gimnastika Federasiyasının və Heydər Əliyev Fondunun prezidentidir.