• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident hansı referendumu mümkün sayır?

  • 20 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Prezident İlham Əliyev fevralın 18-i Münhendə BMT-nin baş katibi Antonio Quterreşlə Qarabağ müzakirəsi aparıb. Baş katibin münaqişənin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə bağlı sualına dövlət başçısı belə cavab verib: “Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür”.

Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsinin mümkünlüyünə dair açıqlamanı necə qiymətləndirmək olar? Münaqişənin çözümündə referendum variantı nələr vəd edir?

Novator.az-a danışan politoloq Elxan Şahinoğlunun şərhi belə olub: “Prezidentin münaqişənin həllinin sonrakı mərhələsində “referendum keçirilə bilər” ifadəsi o demək deyil ki, dövlət başçısı istənilən referenduma yaşıl işıq yandıracaq. Məsələ bundadır ki, münaqişənin həllinin ilkin mərhələsində nə qədər azərbaycanlı Dağlıq Qarabağa qayıtsa da, bölgədə nisbət yenə ermənilərin xeyrinə olacaq və onların mümkün referendumda necə səs verəcəkləri indidən bəllidir. Bunu dövlət başçısı da anlayır. Ona görə də prezident yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində referendumu mümkün sayır. Bu isə Dağlıq Qarabağa geniş muxtariyyət verilməsi deməkdir”.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və onun həndəvərindəki 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün bu təklifləri irəli sürür: Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatını nəzərdə tutan aralıq statusun verilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə (referendumla) yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı.

2016-cı ilin oktyabrında dövlət başçısı İlham Əliyev Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində deyib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis mümkündür: “Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər”.

Jurnalistlər üçün ekoloji mövzuda seminar keçirili...

  • 20 Fevral 2017
  • comments

Şeytanı ağlatmaq (introspeksiya)

  • 20 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda