• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalistlər üçün ekoloji mövzuda seminar keçirilib

  • 20 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Fevralın 15-18-də Bakıda jurnalistlər üçün ekoloji mövzuda seminar keçirilib.
Seminarda paytaxt və regionlardan televiziyaları, internet və çap mediasını təmsil edən 10 jurnalist iştirak edib.

Tədbirdə ətraf mühitlə bağlı problemlərin dünya və yerli mediada işıqlandırılması, ətraf mühitə müasir baxış, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun qanunvericilik bazası, ekoloji mövzunun siyasi mübarizə aləti kimi istifadəsinin yolverilməz olması, ekoloji sivilizasiya və digər məsələlərdən bəhs edilib.

Seminarın əhatə etdiyi günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov, “Caspian Event Organisers” (CEO) MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov, Milli Məclisin eksperti Şamil Hüseynov və professor Qulu Məhərrəmli jurnalistlər üçün təlimlər keçiblər.

Məqsəd ekoloji proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrların hazırlanmasına dəstək vermək, mövcud sahədəki bəzi neqativ tendensiyaların aradan qaldırılmasına təsir göstərməkdir.

Təlimlər zamanı jurnalistlər ekspertlərin iştirakı ilə interaktiv diskussiyalarda iştirak edərək onları maraqlandıran suallara da cavab ala biliblər.

Layihənin növbəti mərhələsində vətəndaş cəmiyyəti nümayəndələri üçün ekoloji təlimin təşkili nəzərdə tutulub.

Layihə Niderland Krallığı Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi və Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı əsasında reallaşdırılır.

Təlimlər “İnternyus-Servis Azərbaycan” MMC ilə Avrasiya Əməkdaşlıq Fondu arasında başlanmış “Ətraf mühit məsələlərinin gündəmə gətirilməsi: səfərbər edilmiş media və vətəndaş cəmiyyəti səyləri” adlı xidmət çərçivəsində keçirilir.







Azərbaycan Ermənistandan 20 dəfə çox silah alır

  • 20 Fevral 2017
  • comments

Prezident hansı referendumu mümkün sayır?

  • 20 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda