Mərkəzi Bank fevralın 17-də ABŞ dollarının kursunu 1,7296 manatdan 1,7352 manata qaldırıb. Novator.az bildirir ki, bu, son iki həftədə ilk bahalaşmadır. 2017-ci il 1,7707 manat kursla başlayıb, dollar tədricən 15 qəpiyə qədər bahalaşıb. Fevralın 3-dən isə dolların qiymətində 19 qəpikdən çox düşmə müşahidə edilib.
Fevralın 17-də digər valyutalar (Siyahı) kommersiya banklarına bu qiymətlərə təklif olunur:
1 avro – 1,8522 manat
1 gürcü larisi – 0,6567 manat
1 ingilis funt sterlinqi – 2,1704 manat
1 Rusiya rublu – 0,0301 manat
1 türk lirəsi – 0,4728 manat.