• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ter-Petrosyan seçkiyə qatıldı

  • 16 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan aprelin 2-də keçiriləcək parlament seçkisinə qatılıb. Novator.az-ın məlumatına görə, Ter-Petrosyan lideri olduğu Erməni Milli Konqresi ilə Xalq Partiyasının qurduğu blokun proporsional siyahısından namizəd göstərilib. Onun adı siyahıda birinci yerdədir. Siyahıda ikinci Xalq Partiyasının lideri Stepan Dəmirçyanın adı gəlir.

Ter-Petrosyan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının əsas ideloqlarından sayılır. O, 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi). 1998-ci ilin fevralında Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşdığı üçün istefa verməyə məcbur edilib.

Stepan Dəmirçyan SSRİ dövründə Ermənistana rəhbərlik etmiş, 1999-cu ildə parlament sədri olarkən terror aktında öldürülmüş Karen Dəmirçyanın oğludur.

Ermənistanın Mərkəzi Seçki Komissiyası fevralın 16-da parlament seçkisinə qatılan partiya və blokların sənədlərinin qəbulunu başa çatdırmalıdır. Qeydiyyat üçün son müddət fevralın 26-sıdır.

Seçkiqabağı təşviqat kampaniyası martın 5-dən 31-nə qədər davam edəcək.

Ermənistanın 2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiyası ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı 53 mandatı olan partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 7 il müddətinə seçəcək.

Berdiməhəmmədov rəsmən qalib elan olundu 

  • 16 Fevral 2017
  • comments

Dolların istiqaməti yenə dəyişdi

  • 16 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda