• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dünya sularında çirklənmə: plastik qablar balıqları üstələyir

  • 16 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mütəxəssislər hər il dünyada dənizlərə, okeanlara tökülən 8 milyon ton tullantının, xüsusilə plastik zibillərin qarşısını almaq, tullantı axıdılan mənbələri nəzarətə götürmək və təmizləmək üçün yeni mexanizm yaradılmasını təklif edirlər.

Bioloqlar və ekologiya təəssübkeşləri bildirirlər ki, tullantıların emalı çıxış yolu deyil, sərt beynəlxalq nəzarət mexanizmi olmalıdır.

Novator.az-ın məlumatına görə, problemi illərlə tədqiq edən və yeni mexanizm yaradılmasının təşəbbüskarlarından olan bioloq Kristian Sayberq “Euronews” telekanalına deyib ki, öncə axının gətirdiyi zərərin miqdarı ölçülməli və dənizlərə, okeanlara tökülən zibilin mənbələri aşkar edilməlidir: “Bunu etmək mümkündür. Lakin pis xəbər odur ki, bu tullantılar içində plastik materiallar çoxdur. Belə maddələr isə əksər halda dərinliklərə çöküb bərkiyir, yaxud da xırda-xırda parçalanır. Xırdalanmış zəhərli maddələri gözlə seçmək mümkün olmur”.

Kristian Sayberq vurğulayıb ki, plastik tullantılar dənizlərin, okeanların qənimidir: “Zibil axınla gəlir, suda yaşayan canlılar isə parçalanmış maddələri tez həzm etməyə çalışır. Nəticədə onlarda müxtəlif xəstəliklər baş qaldırır”.

Alim misal çəkərək bildirib ki, Havay adalarına tökülən zərərli maddələrin miqdarı normadan bir neçə dəfə yüksəkdir və bu, gələcək üçün yaxşı heç nə vəd etmir.

Mütəxəssislərin ümumi rəyinə görə, dənizlərə, okeanlara axıdılan, dibə çökən və daşlaşan plastik maddələr delfinlərə, okean tısbağalarına daha çox zərər vurur.

Vəhşi Təbiət Fondunun sözçüsü Meqan Lemson da eyni fikirdədir. O, dövrün qlobal probleminə çevrilmiş bu məsələyə səthi yanaşmadan şikayətlənir. Lemson deyir ki, bəzi ölkələr problemə sadəcə sahil ekologiyası standartından baxır, bu isə kökündən yanlışdır, problem qat-qat təhlükəli həddədir. Onun sözlərinə görə, baş verənlər təbiətə olduqca mənfi təsir edir və bəşəriyyətin nicatı naminə ümumi maraqdan çıxış etməyin vaxtıdır: “Biz bir çıxış yolu tapmalı, dəniz və okeanlara axıdılan tonlarla zibili azaltmağa çalışmalıyıq”.

Mütəxəssislərin ehtimalına görə, hazırda dənizlərdə, okeanlarda əksəri plastik maddədən ibarət 5 trilyon ton bərk tullantı üzür və bu da 600 növdən çox bitki və heyvanın məhv olması təhlükəsini yaradır. Alimlərin fikrincə, problem yaxın vaxtda həllini tapmasa, böyük fəlakət baş verə bilər. Bioloqlar ekologiyaya savaş açanları xəbərdar edərək bildirirlər ki, dünya sularında çirklənmə belə templə davam edərsə, 30 ildən sonra dənizlərdə, okeanlarda plastik tullantıların sayı və çəkisi balıqlardan bir neçə dəfə çox olacaq.




Trampın namizədi nazir olmaq istəmədi

  • 16 Fevral 2017
  • comments

Neft hasilatında nə qədər geriləmə var?

  • 16 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda