Azərbaycanda əksər dövlət orqanının internet informasiya ehtiyatının – saytının ünvanı ingilis dilindədir. Novator.az bildirir ki, dövlət başçısının rəsmi portalının ünvanı da ingiliscədən gəlir: President.az. Bu, beynəlxalq praktikaya uyğun variantdır, əksər ölkədə prezidentlərin saytı milli domenə uyğun “President” adı daşıyır. Amma istisnalar da var. Ona görə də bir hərfi dəyişməklə dövlət dilinə uyğun Prezident.az variantını seçmək olar.
Milli Məclisin internet informasiya ehtiyatının ünvanı dövlət dilinə hörmət baxımından nümunədir: Meclis.gov.az.
Nazirlər Kabinetinin saytı isə adını ingiliscədən – “Cabinet Ministers” sözündən götürüb və Cabmin.gov.az adlanır. Halbuki Azərbaycan dilində Kabinet.gov.az seçimi etmək mümkün idi.
Novator.az başqa dövlət orqanlarının da sayt ünvanının ana dilində olmadığını müşahidə edib. Məsələn, Xarici İşlər Nazirliyinin saytı Mfa.gov.az-dır. Məgər Xin.gov.az variantı seçmək olmazmı?
Mia.gov.az variantını seçmiş Daxili İşlər Nazirliyinin saytının isə Din.gov.az olması mümkündür.
Digər saytlara da nəzər salaq:
Müdafiə Nazirliyi – Mod.gov.az.
Mudafie.gov.az ola bilər.
Müdafiə Sənayesi Nazirliyi – Mdi.gov.az.
Msn.gov.az ola bilər.
Ədliyyə Nazirliyi – Justice.gov.az.
Edliyye.gov.az ola bilər.
Vergilər Nazirliyi – Taxes.gov.az.
Vergiler.gov.az ola bilər.
İqtisadiyyat Nazirliyi – Economy.gov.az.
İqtisadiyyat.gov.az ola bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi – Eco.gov.az.
Eko.gov.az ola bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – Mlspp.gov.az.
Eesmn.gov.az və ya Emek.gov.az ola bilər.
Kənd Təsərrüfatı Nazirliyi – Agro.gov.az.
Ktn.gov.az ola bilər.
Təhsil Nazirliyi – Edu.gov.az.
Tehsil.gov.az ola bilər.
Gənclər və İdman Nazirliyi – Mys.gov.az.
Gin.gov.az ola bilər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – Refugees-idps-committee.gov.az.
Qmkidk.gov.az ola bilər.
Dövlət Gömrük Komitəsi – Customs.gov.az.
Dgk.gov.az ola bilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – Scfwca.gov.az.
Aqupdk.gov.az ola bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi – Stateproperty.gov.az.
Dek.gov.az və ya Emlak.gov.az ola bilər.
Bəzi dövlət orqanlarının sayt ünvanları bu və ya digər dərəcədə Azərbaycan dilinə uyğundur:
Maliyyə Nazirliyi – Maliyye.gov.az.
Səhiyyə Nazirliyi – Sehiyye.gov.az.
Fövqəladə Hallar Nazirliyi – Fhn.gov.az.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – Azstand.gov.az.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – Arxkom.gov.az.
Dövlət Statistika Komitəsi – Stat.gov.az
Diasporla İş üzrə Dövlət Komitəsi – Diaspora.gov.az
Dövlət Dəniz Administrasiyası – Ardda.gov.az.
Dövlət Sərhəd Xidməti – Dsx.gov.az.
Milli Arxiv İdarəsi – Milliarxiv.gov.az.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – Seferberlik.gov.az.