• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kaliforniya: su bəndinin birdəfəlik dağılma təhlükəsi var

  • 15 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Orovill su bəndinin bərpası üçün gərgin iş getsə də, ABŞ-ın Kaliforniya ştatında təhlükə hələ aradan qaldırılmayıb.

ABŞ-ın ən nəhəng hidrotexniki qurğusu hesab edilən, inşası 1968-ci ildə başa çatan Orovill bəndinin hündürlüyü 230 metrdən çoxdur. Uzun illər işlək vəziyyətdə olmuş, 4,3 milyard kubmetr su ehtiyatına malik bu bəndin divarlarının eroziyaya uğraması, beton dirəklərin dağılması Kaliforniyada neçə gündür dəhşətli daşqına səbəb olub.

Əlli illik bənddə gölün daşmasının səbəbi uzun sürən quraqlıqdan sonra qışın yağıntıları nəticəsində su səviyyəsinin birdən-birə artması, iki qurğunun yararsız hala gəlməsidir.

Daşqından sonra 16 min adama fəlakət zonasından uzaqlaşaraq şimala doğru irəliləmək tapşırığı verilib, ümumilikdə isə 190 min adamın təxliyəsi həyata keçirilib.

Fevralın 14-dən bir çox ailənin evlərinə qaytarılması prosesinə başlanıb. Amma fövqəladə vəziyyət hələ ki, ləğv edilməyib.

Böyük təhlükənin geridə qaldığını ehtimal edən bəzi mütəxəssislər normadan artıq su axınının bitdiyini, saniyədə 2.830 kubmetr suyun kanaldan axıdılması prosesini irəliyə doğru ciddi addım sayırlar. Lakin daşqın və torpaq sürüşmələri təhlükəsi qalır. Kanalın beton divarları yox olduğundan tezliklə bəndin birdəfəlik dağılacağı təhlükəsi də var.

Novator.az xəbər verir ki, Kaliforniya ştatının qubernatoru Cerri Braun problemlə əlaqədar bir daha ölkənin Fövqəladə Hallar İdarəçilik Agentliyinə müraciət edib. Ştatın birinci şəxsi rəsmi qaydalar əsasında ərazidə böyük fəlakət vəziyyətinin  elan edilməsini istəyib və hadisələrlə bağlı yenidən prezident Donald Trampı məlumatlandıracağını söyləyib.

Vəziyyətə qismən nəzarət etdiklərini açıqlayan Butte rayonunun şerifi isə  təxliyə əmrinin hələ qüvvədən düşmədiyini bəyan edib.

Əhaliyə evlərinə dönmək tapşırılsa da, kaliforniyalıların əksəriyyəti qorxu içindədir və sığınacaqlarını tərk etməyə tələsmirlər.

Fövqəladə hadisə vəziyyəti tam götürülmədiyindən mütəxəssislərlə yanaşı silahlı qüvvələrin nümayəndələri də fəlakət zonasındadır.

Prezident sərəncamının icrasına başlanıb

  • 15 Fevral 2017
  • comments

Dövlət orqanlarına şikayət statistikası

  • 16 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda