• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dağlıq Qarabağ rejimi müvəqqəti “prezident” seçəcək

  • 15 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İşğalçı Dağlıq Qarabağ rejiminin fevralın 20-si “referendum”da qəbul etməyə hazırlaşdığı yeni “konstitusiya” layihəsi rus dilində çap olunub. Novator.az-ın məlumatına görə, layihə 175 maddədən ibarətdir.

Azərbaycanın Dağlıq Qarabağ vilayəti 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib. Hazırda Dağlıq Qarabağ bölgəsi işğalçı rejimin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdan əlavə 7 rayonu zəbt edib.

İşğalçı rejimin yeni “konstitusiya” layihəsində 2006-cı ildə qəbul edilmiş “konstitusiya”dan əsas fərq bölgənin adında dəyişiklik olacaq. Separatçı rejim “Dağlıq Qarabağ Respublikası” adını ikinci plana keçirir, “Arsax Respublikası” əsas ad olur.

Yeni “konstitusiya” layihəsi işğalçı rejimin “prezident respublikası”na çevrilməsini nəzərdə tutur. “Ümumxalq seçkisi”ndə 5 il müddətinə seçilən “prezident” icra hakimiyyətinə rəhbərlik edəcək.

Layihəyə əsasən, işğalçı rejimdə prezident və parlament “seçkiləri” eyni gündə keçiriləcək.

Novator.az bildirir ki, işğalçı rejimin indiki “prezidenti” Bako Saakyanın səlahiyyət müddəti bu ilin yayında başa çatır. Növbəti “parlament seçkisi” isə 2020-ci ildə olmalıdır. Bu məqama görə işğalçı rejim “ana qanun” layihəsində keçid müddəası nəzərdə tutub. Keçid müddəasına əsasən, 2017-ci ildə “prezidenti” “parlament” seçəcək və onun səlahiyyət müddəti 3 il olacaq. 2020-ci ildə isə “prezident” və “parlament” seçkilərini eyni gündə keçirmək nəzərdə tutulur.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, 20 fevral “referendum”u ölkə konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır, bu səbəbdən də onun hər hansı bir hüquqi qüvvəsi ola bilməz.

Rusiyadan Azərbaycana halal toyuq əti gətiriləcək

  • 15 Fevral 2017
  • comments

Adambaşına müdafiə xərcləri: Azərbaycanda 146, Erm...

  • 15 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda