• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Senat Trampın iki nazirini təsdiqlədi. İlk istefa da var 

  • 14 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ Senatı daha iki nazirlə bağlı qərar verib. Novator.az-ın məlumatına görə, Senatın 13 fevral iclasında prezident Donald Trampın təqdimatlarına baxılıb və Stiven Mnuçin maliyyə naziri, Devid Şulkin veteranlarla iş naziri postuna təsdiqlənib.

Stiven Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə 47 senator səs verib. Devid Şulkin isə Senatdan yekdilliklə keçib.

ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb. Senat indiyədək onun komandasının bu üzvlərini də təsdiqləyib: Rayns Pribus – Ağ ev aparatının başçısı, Reks Tillerson – dövlət katibi (xarici işlər naziri), Ceyms Mettis – müdafiə naziri, Con Kelli – daxili təhlükəsizlik naziri, Ceff Seşns – ədliyyə naziri (baş prokuror), Betsi Devos – təhsil naziri, Eleyn Lan Çao – nəqliyyat naziri, Nikki Heyli – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, Tomas Prays – səhiyyə və sosial xidmətlər naziri.

Fevralın 13-də yayılan başqa bir məlumata görə, prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib. Bu vəzifənin icrası istefada olan general-leytenant Kit Kelloqqa həvalə olunub.

Maykl Flinnin istefasının Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla əlaqələrlə bağlı olduğu bildirilir. Onun 2016-cı ilin dekabr ayında səfirlə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları aradan qaldırmaq müzakirələri apardığı, amma bunu dandığı üzə çıxıb. Maykl Flinn prezidentdən və vitse-prezidentdən üzr istəyərək istefa verib.

Rubl yenə bərkiyib

  • 14 Fevral 2017
  • comments

Hara nə qədər qar yağıb?

  • 14 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda nə qədər pensiyaçı var?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Seçkisiz Ukrayna

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ağ evə müdaxilə

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda nə qədər pensiyaçı var?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Seçkisiz Ukrayna

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda