Mayın 9-dan 13-dək Ukrayna paytaxtı Kiyevdə keçiriləcək “Avroviziya 2017” mahnı müsabiqəsinə 43 ölkə qatılır. Azərbaycan müsabiqənin ilk yarımfinalında Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya, Ermənistan, Kipr, Sloveniya, Moldova, Çexiya, Latviya, İslandiya, Yunanıstan və Polşa ilə mübarizə aparacaq.
İkinci yarımfinalın iştirakçıları Makedoniya, Malta, Niderland, Serbiya, Danimarka, Rusiya, Rumıniya, Macarıstan, Avstriya, İrlandiya, İsveçrə, Estoniya, İsrail, Bolqarıstan, San Marino, Litva, Xorvatiya, Norveç və Belarusdur.
Ukrayna, İtaliya, İspaniya, Almaniya, Fransa və Böyük Britaniya finala avtomatik vəsiqə alıb.
Yarımfinallar mayın 9-u və 11-nə, final mayın 13-nə təyin edilib.
“Avroviziya 2017”də Azərbaycanı Diana Hacıyeva təmsil edir. Başqa hansı ölkələrin təmsilçisi bəllidir? Novator.az buna nəzər salıb:
Albaniya – Lindita Halimi
Belçika – Elli Delvo
Finlandiya – Leen Tirronen və Lasse Piyraynen
Gürcüstan – Tamara Qaçeçiladze
Monteneqro – Slavko Kaleziç
Ermənistan – Arsvik Arutunyan
Kipr – Ovik Dəmirçyan
Yunanıstan – Dmitra Papadeya
Avstriya – Natan Trent
İrlandiya – Brendan Murrey
Makedoniya – Yana Qurçeska
Niderland – “O’G3NE” qrupu
Belarus – Artyom Lukyanenko və Kseniya Juk
İsrail – İmri Ziv
İsveçrə – “Timebelle” qrupu
Fransa – Aleksandra Make
Almaniya – İzabella Luin
İtaliya – Françesko Qabbani
İspaniya – Manel Navarro
Böyük Britaniya – Lusi Cons.