2017-ci il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 472,6 milyon manata çatıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bankın hesabatında bildirilir ki, problemli kreditlərin 790,2 milyon manatı xarici valyutada olan kreditlərdir.
2016-cı il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 442,3 milyon manat idi. Ay ərzində 30,3 milyon manat artım qeydə alınıb.
Ötən il problemli kreditlərin həcmi belə dəyişib:
Yanvar – 1 milyard 314,6 milyon manat
Fevral – 1 milyard 329,5 milyon manat
Mart – 1 milyard 326,5 milyon manat
Aprel – 1 milyard 381,3 milyon manat
May – 1 milyard 514,2 milyon manat
İyun – 1 milyard 539,8 milyon manat
İyul – 1 milyard 504,4 milyon manat
Avqust – 1 milyard 592,9 milyon manat
Sentyabr – 1 milyard 597,3 milyon manat
Oktyabr – 1 milyard 375,6 milyon manat
Noyabr – 1 milyard 442,3 milyon manat
Dekabr – 1 milyard 472,6 milyon manat.