• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərəncam işləyəcəkmi?

  • 13 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Fevralın 10-da prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyində yeni qurum – Probasiya Xidməti yaradılıb.

Hüquqşünas Əsabəli Mustafayev Novator.az-a açıqlamasında bu məsələni şərh edib.

O bildirib ki, Probasiya Xidmətinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan hallar əslində hazırkı qanunvericilikdə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarında əksini tapır, amma indiyədək buna əməl edən yoxdur: “Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin plenumlarında məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan əvəzinə mümkün qədər alternativ tədbirlər seçsinlər. Amma bu qərar-tövsiyələr kağız üzərində qalıb. Ona görə də Azərbaycanda əsassız yerə həbs qətimkan tədbirlərinin seçilməsi ilə bağlı Avropa Məhkəməsinə edilən şikayətlərin faktiki hamısı təmin olunur, üstəlik, Azərbaycan hökumətinə dönə-dönə tövsiyələr verilir ki, həbs qətimkan tədbiri qanunsuz, əsassız seçilməsin. Hökumət buna görə şikayətçilərə iri məbləğdə təzminatlar ödəyir. Cəzaların cinayəti törətmiş şəxsin əməlinə, şəxsiyyətinə, ailə vəziyyətinə uyğun seçilməsi barədə həm ölkə qanunvericiliyində, həm də müxtəlif qərarlarda birbaşa göstərişlər var. Hər dəfə vəkillər məhkəmə proseslərində belə qərarlardan sitatlar gətirir, onlara riayət olunması üçün hakimlərə çağırışlar edirlər, amma nəticə yoxdur”.

Hüquqşünasın sözlərinə görə, yeni qərar o zaman verilir ki, keçmiş qərarlar artıq geniş miqyasda icra olunur və bu, kifayət etmir, növbəti qərara ehtiyac yaranır: “İndiki halda isə keçmiş qərarların hamısı kağız üzərində qalıb. Belə bir vəziyyətdə yeni xidmətin fəaliyyətinin effekt verəcəyinə inanmaq çətindir. Problem həm də bizim məhkəmələrdəki, istintaqdakı neqativ tendensiyalarla bağlıdır. Bəzən rüşvət, ya tapşırıq nəticəsində ağır cinayət törətmiş kimlərisə azadlıqda saxlayır, onların barəsində həbs qətimkan tədbiri seçilmir, maddi imkanı olmayan, daha yüngül cinayət törətmiş adamlara isə ailə vəziyyəti, xarakteri və digər amillər nəzərə alınmadan ən yüksək dərəcədə cəza tətbiq olunur. Hərçənd qanunda göstərilir ki, hakim cəza tədbiri seçərkən bu cəzanın şəxsin ailəsinə təsirini də nəzərə almalıdır. Qeyd edim ki, belə halların nəzərə alınması bizim ölkədə xüsusilə əhəmiyyət daşıyır, çünki bizdə elə bir struktur, institut yoxdur ki, başsız, qazancsız qalmış ailənin, tutulan adamın uşaqlarının qayğıları ilə məşğul olsun.

Əlbəttə, insanların vəziyyətini yaxşılaşdıran hər bir yenilik alqışlanmalıdır. Ancaq real nəticənin olması üçün gərək fevralın 10-da verilmiş sərəncam əvvəlki oxşar qərarların aqibətini yaşamasın. Xidmət yaradıla bilər, amma bu, görüntü xarakterli olmamalıdır. Söhbət qarşıya qoyulan vəzifələrin, funksiyaların həyata keçirilməsindən gedir. Sərəncamda əksini tapan məsələlərin çoxunu məhkəmələr həyata keçirməlidir. Yəni ilk öncə məhkəmələrin məsələyə yanaşması dəyişməlidir. İndi onlara nə mane olur ki, həbs qətimkan tədbiri yox, alternativ tədbir seçsinlər? Qanunda hər şey var, sadəcə əməl olunmur. Sərəncamın verilməsi müsbət haldır. Amma nə dəyişəcək ki, məhkəmələr ona əməl edəcək? Sərəncam işləyəcəkmi? Gözləyək görək nə olur…”.

Fransa millətçilərinin lideri önə çıxır

  • 13 Fevral 2017
  • comments

Prezident Administrasiyasının şöbə müdiri yeni cəz...

  • 13 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda