• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyalı diplomatlar Lapşinə baş çəkiblər

  • 10 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, bloqçu Aleksandr Lapşin Azərbaycan Respublikasına ekstradisiya olunduqdan dərhal sonra, 8 fevral 2017-ci ildə Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycandakı səfirliklərinə rəsmi məlumatlar təqdim olunub. Məlumata görə, həmin gün Lapşinə müdafiəçi və tərcüməçinin iştirakı ilə ittihamlar elan edilib, o, təqsirləndirilən şəxs kimi dindirilib.

Lapşinin Bakı İstintaq Təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirildiyi və sağlam hesab edildiyi, hər hansı müalicəyə zərurət yaranmadığı bildirilir.

Rəsmi məlumata görə, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar 9 fevral 2017-ci ildə təqsirləndirilən şəxsin səfirlik əməkdaşları ilə görüşü təmin edilib, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

Novator.az bildirir ki, Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub. Atası rus, anası yəhudidir. Onun Rusiya, İsrail, Kanada, Ukrayna vətəndaşı olduğu bildirilir.

Ötən il dekabrında Belarusda saxlanan bloqçu bu ölkənin hüquq mühafizə orqanlarının qərarı ilə fevralın 7-də Azərbaycana göndərilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə ittiham edir. İttihama əsasən, Lapşin 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib, Puerrtto.livejournal.com internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi təbliğ edən çağırışlar yayıb.

Cinayət Məcəlləsinin 281.2-ci maddəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması yönündə açıq çağırışlar etmə, bu cür məzmunlu materialları yayma əməlini təkrar törətməyə görə məsuliyyəti nəzərdə tutur. Bu cinayətə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

Cinayət Məcəlləsinin 318.2-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyəti rəsmiləşdirir. Bu əmələ 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.

Dollar 18 qəpikdən çox ucuzlaşıb

  • 10 Fevral 2017
  • comments

Prezident paytaxtdakı bəzi obyektlərdə olub

  • 10 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda