• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Trampın kabinetində kimlər var?

  • 09 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın komandasında kimlər var? Novator.az bununla bağlı arayış hazırlayıb.

ABŞ hökumətinə 15 nazirlik daxildir. Nazirliklərə rəhbərlik edən şəxslər katib adlanır. Xarici işlər nazirinin – Dövlət Departamentinin rəhbərinin vəzifəsinin adı dövlət katibi gedir. Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs isə baş prokuror sayılır.

Nazirləri prezident ABŞ Konqresinin yuxarı palatası olan Senatın razılığı ilə təyin edir.

Vitse-prezident, Ağ ev administrasiyasının başçısı, bir neçə federal qurumun (İnzibati-Büdcə İdarəsi, Ətraf Mühitin Mühafizəsi Agentliyi, Ticarət Nümayəndəlikləri Ofisi, İqtisadi Məşvərətçilər Şurası, Kiçik Biznes Administrasiyası) rəhbəri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi də kabinet üzvü sayılır.

Vitse-prezident Mayk Pens yanvarın 20-də Donald Trampla birgə səlahiyyətlərinin icrasına başlayıb. Komandanın Senatda təsdiqlənən üzvləri isə bunlardır:

Rayns Pribus – Ağ ev aparatının başçısı

Reks Tillerson – dövlət katibi (xarici işlər naziri)

Ceyms Mettis – müdafiə naziri

Con Kelli – daxili təhlükəsizlik naziri

Ceff Seşns – ədliyyə naziri (baş prokuror)

Betsi Devos – təhsil naziri

Eleyn Lan Çao – nəqliyyat naziri

Nikki Heyli – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi.

Maliyyə naziri postuna Stiven Mnuçin, daxili işlər naziri postuna Rayan Zinke, kənd təsərrüfatı naziri postuna Sonni Perdyu, ticarət naziri postuna Uilbur Ross, əmək naziri postuna Endrü Puzder, səhiyyə və sosial xidmətlər naziri postuna Tomas Prays, tikinti və şəhər inkişafı naziri postuna Ben Karson, energetika naziri postuna Rik Perri, veteranlarla iş naziri postuna Devid Şulkin namizəddir.

Donald Tramp İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsinə Mik Malvanini, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi postuna Skott Prüitti, Ticarət Nümayəndəlikləri Ofisinin rəhbəri vəzifəsinə Robert Laytizeri, Kiçik Biznes Administrasiyasının rəhbəri postuna Linda Makmeni namizəd göstərib.

İqtisadi Məşvərətçilər Şurasına namizəd irəli sürülməyib.

İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə...

  • 09 Fevral 2017
  • comments

Ermənistanın Nəzarət Palatasının sədri istefa verd...

  • 09 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda