• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xarici İşlər Nazirliyindən Lapşin açıqlaması

  • 08 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Aleksandr Lapşinin işi ilə əlaqədar məlumat yayıb. Qeyd olunur ki, ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Lapşin barəsində cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil: “Sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır. Vətəndaşlığını daşıdığı ölkələrin Xarici İşlər nazirliklərinin xəbərdarlığına baxmayaraq Lapşin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfərlər edib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib. Adının arzuolunmaz şəxslər siyahısında olduğunu bilərək o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini açıq şəkildə bildirib.

Lapşınin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluq fakta görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Lapşini 2016-cı ilin dekabrın 14-də Belarus Respublikasının hüquq mühafizə orqanları saxlayıb. O, 7 fevral 2017-ci ildə Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Lapşinin məsələsinə Azərbaycan Respublikasının qanunları çərçivəsində baxılır.

Lapşin məsələsi bir daha göstərir ki, Ermənistan əcnəbi vətəndaşları müxtəlif qeyri-qanuni yollar və aldatma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğatının alətinə çevirməyə çalışır.

Xarici İşlər Nazirliyi bir daha əcnəbi vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinməyə, digər dövlətləri isə öz vətəndaşlarını bu kimi səfərlərin hüquqi fəsadları barədə xəbərdar etməyə çağırır”.

Azərbaycanın axtardığı bloqçu Belarusda tutulub

Bloqçu Azərbaycana təhvil verilir

Bloqçu üzr istəyib canını qurtara bilər?

Lapşin Azərbaycandan əfv istəyir

Lapşin şikayət verib

Lapşin məhkəməni uduzdu

Moskva Lapşinin Azərbaycana verilməsini istəmir

Nöqtə: Lapşin Azərbaycana təhvil verilir

Lapşin Azərbaycana gətirildi

Bloqçuya nə cəza düşür?

Lapşin Bakı İstintaq Təcridxanasına köçürülüb

Rəsmi Moskva Lapşinin təhvil verilməsinə münasibət bildirib

Qara siyahıda 623 nəfərin adı var

İşğal zonasına nə qədər adam səfər edir?

  • 08 Fevral 2017
  • comments

Təşəkkürlər

  • 09 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda