Fevralın 8-də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti bloqçu Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi ilə bağlı qərarı şərh edib.
Novator.az-ın məlumatına görə, şərhdə deyilir: “Fevralın 7-də Belarus Ali Məhkəməsi Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin şikayətinə baxıb. Qapalı keçirilən iclasda Belarus Baş Prokurorluğunun Aleksandr Lapşini Azərbaycana təhvil vermək qərarından şikayət təmin olunmayıb. Rusiya bu qərardan dərin məyusluq bildirir və qeyd edir ki, bu, Rusiya ilə Belarus arasında ittifaq münasibətlərinin ruhuna uyğun deyil”.
Xarici İşlər Nazirliyi bildirir ki, Rusiya vətəndaşının hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onun tezliklə öz ailəsinə qovuşması üçün bütün zəruri tədbirlər görüləcək.
Lapşin Bakı İstintaq Təcridxanasına köçürülüb
Nöqtə: Lapşin Azərbaycana təhvil verilir
Moskva Lapşinin Azərbaycana verilməsini istəmir
Lapşin Azərbaycandan əfv istəyir
Bloqçu üzr istəyib canını qurtara bilər?