• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsul Cəfərov 32 min 500 avronu ala bilmir

  • 07 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Avropa İnsan Hüquqları Məhkəməsinin hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında qərarı hələ də icra olunmayıb: Azərbaycan hökuməti məhkəmənin kəsdiyi 32 min 500 avro kompensasiyanı ödəmir.

Novator.az xatırladır ki, İnsan Haqları Klubunun sədri olan Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. 2015-ci il aprelin 16-da o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və mənimsəmədə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə vergi borcunu ödədiyi üçün 2015-ci il iyulun 31-də Bakı Apellyasiya Məhkəməsi hökmün vergidən yayınma hissəsinə xitam verib və Rəsul Cəfərovun cəzasını 6 il 3 aya endirib.

2016-cı il martın 17-də hüquq müdafiəçisi prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Həmin gün Avropa İnsan Hüquqları Məhkəməsi Rəsul Cəfərovun şikayəti əsasında qərar çıxarıb, hüquq müdafiəçisinin azadlıq hüququnun pozulduğunu təsdiqləyib. Qərara əsasən, Azərbaycan dövləti hüquq müdafiəçisinə 32 min 500 avro kompensasiya ödəməlidir.

“Azadlıq” radiosunun məlumatına görə, hüquq müdafiəçisi deyir ki, qərarın icrası, o cümlədən kompensasiyanın verilməməsilə əlaqədar Azərbaycanın Avropa Məhkəməsi yanındakı nümayəndəsinə informasiya sorğusu ilə müraciət edib, amma hələ cavab yoxdur. Hüquq müdafiəçisi bir müddət də gözləyəndən sonra məhkəməyə müraciət etmək niyyətindədir.

Rəsul Cəfərov qeyd edir ki, 11 aydır həbsdən çıxsa da, bank hesabı üzərindəki həbs hələ də qalır. Dediyinə görə, istintaqını aparmış Baş Prokurorluq bu məsələ ilə əlaqədar müraciətlərinə cavab vermədiyindən məhkəməyə üz tutub.

Ölkəyə giriş-çıxış zamanı yoxlamaya, bəzən də axtarışa məruz qaldığını deyən hüquq müdafiəçisi buna görə Dövlət Sərhəd Xidmətini və Dövlət Gömrük Komitəsini də məhkəməyə verib.

Rəsul Cəfərovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı daha bir işi hazırda Ali Məhkəmənin icraatındadır. Yasamal Rayon Məhkəməsi onun bu məsələyə dair müraciətini təmin etməyib, Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.

Hüquq müdafiəçisi eyni zamanda təşkilatının – İnsan Haqları Klubunun Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmaması ilə əlaqədar Avropa Məhkəməsinin qərarını gözləyir.

Prezident fərmanları necə icra olunur?

  • 07 Fevral 2017
  • comments

DSMF 34 min 213 nəfər əcnəbini qeydiyyata alıb

  • 07 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda