• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gerbli möhürlərə və sənəd blanklarına aid qayda təsdiqlənib

  • 07 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Nazirlər Kabineti dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadəsi, saxlanması və məhv edilməsi qaydasını təsdiq edib. Novator.az-ın məlumatına görə, qaydaya əsasən, dövlət gerbinin təsviri olan möhürlərin hazırlanmasını lisenziya verilmiş hüquqi və fiziki şəxslər həyata keçirir. Dövlət gerbinin təsviri olan sənəd blanklarının hazırlanması isə vergi ödəyicisi kimi uçota alınmış poliqrafiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin səlahiyyətindədir.

Möhürlərin və sənəd blanklarının hazırlanması dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin və büdcə təşkilatlarının, habelə dövlət orqanlarının yaratdığı digər hüquqi şəxslərin sifarişi əsasında hazırlanır.

Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə hüquqi və inzibati aktlara imza qoyulmaqla yanaşı Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş möhür də vurulur.

Sənəd təşkilatın blankında tərtib edilirsə, ona möhür vurulmalıdır. Bu, sənədin rəsmi və həqiqi olması üçündür.

Dövlət gerbinin təsviri olan möhürlər və sənəd blankları mütləq qaydada ayrıca kitabda uçota alınır və kargüzarlıq xidmətində saxlanır. Möhürlərin və sənəd blanklarının uçotu kitablarının vərəqələri nömrələnir, tikilir, onların saxlanmasına məsul olan şəxsin imzası ilə təsdiqlənir və möhürlənir.

Dövlət gerbinin təsviri olan sənəd blankları hər təqvim ilinin sonunadək təşkilatlarda saxlanır.

Möhürlərin və yararsız vəziyyətə düşmüş, növbəti il üçün əhəmiyyətini itirən sənəd blanklarının məhv edilməsi təşkilatda yaradılan komissiyada tərtib edilmiş akt əsasında bilavasitə təşkilatın özündə həyata keçirilir.

Neftin qiyməti: BP ehtimala ümid edir

  • 07 Fevral 2017
  • comments

Şəhid əsgər Çingiz Qurbanov Milli Qəhrəman adına l...

  • 07 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Gəlir 26 milyard, xərc 23 milyard manatı ötür

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı nə qədər artıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

GLOBALS:0
comments
Xəbər

Minsk qrupu rəsmən arxivə getdi

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Gəlir 26 milyard, xərc 23 milyard manatı ötür

Son materiallar

comments
Xəbər

Gəlir 26 milyard, xərc 23 milyard manatı ötür

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı nə qədər artıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda