• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Apellyasiya şuraları bir ildə nə qədər müraciət alıb?

  • 06 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev apellyasiya şuralarının 2016-cı ildə gördüyü işlərə dair hesabat verib. Eldar Nuriyevin rəhbərlik etdiyi qurum, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuraları dövlət başçısı İlham Əliyevin 3 fevral 2016-cı il fərmanlarına əsasən yaradılıb.

AZƏRTAC-ın məlumatına görə, hesabatda bildirilir ki, fəaliyyət göstərdiyi bir il ərzində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 907 müraciət daxil olub. 572 şikayət şuraların səlahiyyətinə aid olmadığından araşdırılıb tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib.

Şuranın səlahiyyətinə aid 335 müraciətin 41-i şuraların fəaliyyəti və təşkilati məsələlərin həlli ilə əlaqədar təkliflər barədə olub. 263 şikayət isə prosedur qaydalara əməl edilmədən birbaşa yuxarı apellyasiya instansiyasına verildiyindən qanunvericiliyin tələbinə uyğun olaraq baxılması üçün icra hakimiyyətlərinə, onların apellyasiya şuralarına göndərilib.

Şuraların səlahiyyətlərinə aid müraciətlər əsasən torpaq sahələri, tikinti işlərinin aparılması ilə bağlı mübahisələr, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, özəlləşdirmə, xidmətlərin göstərilməsi və digər məsələlərlə əlaqədar olub.

İcra hakimiyyətlərinə, onların apellyasiya şuralarına göndərilmiş 263 şikayətdən 232-si yerlərdə obyektiv həllini tapdığından sahibkarlar təkrar şikayətlər verməyib. Şuraların qərarları ilə razılaşmayan 31 sahibkar isə Prezident yanında Apellyasiya Şurasına təkrar müraciət edib. 26 şikayətə Prezident yanında Apellyasiya Şurasında baxılıb. Nəticədə 20 qərar ləğv edilib, 6 qərar qüvvəsində saxlanıb, 5 şikayət isə baxışa hazırlıq mərhələsindədir. Ləğv edilmiş 20 qərardan 7-si qanunun tələbinə uyğunlaşdırılıb, 13 şikayət tam, hərtərəfli, obyektiv araşdırılması, qanuni qərar qəbul edilməsi üçün yazılı göstərişlə apellyasiya şuralarına qaytarılıb.

Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarına 519 şikayət daxil olub. Şuraların səlahiyyətinə aid olmayan 342 şikayətə baxılmasından imtina edilib, 144 şikayət araşdırılması üçün icraata götürülüb. 33 şikayət əsaslı olduğundan şuraların iclasına çıxarılanadək təmin edilib. İcraata götürülmüş şikayətlərin 55,5 faizi təmin edilib, 36,8 faizi təmin edilməyib, 3,5 faizi üzrə yeni qərarlar qəbul olunub, 4,2 faizi hazırda baxılma mərhələsindədir.

Şikayətlərin bir qismi sahibkarların əsassız tələblər irəli sürməsi, qanunsuz imtiyazlar, əlavə mənfəət əldə etməsi səbəbindən yaranıb. Bununla belə, şikayətlərin digər qismi onların icra orqanlarında tam, hərtərəfli araşdırılmaması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, əsassız qərarların qəbul olunması nəticəsində yaranıb.

Qanunvericiliyin tələblərini pozmuş, şikayətlərin həllində nöqsanlara yol vermiş, səthi araşdırma aparmış 16 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

8 nəfərin axtarışı davam edir

  • 06 Fevral 2017
  • comments

Angela Merkel rəsmən namizəd oldu

  • 06 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda