• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ötən il 3,6 milyon nəfərin sosial ödənişləri artırılıb

  • 03 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev AZƏRTAC-a müsahibəsində deyib ki, ölkənin ümumi iqtisadi inkişaf prosesləri şəraitində sosial məsələlərin həlli, sosial ödənişlərin artırılması istiqamətində mühüm addımlar atılır: “Təkcə ötən il bu məqsədlə 25-dən artıq sərəncam imzalanıb və 3,6 milyon insana əməkhaqqı, pensiya, sosial müavinət və təqaüd formasında yönələn sosial ödənişlər artırılıb. Cari ildə prezident İlham Əliyev həm minimum aylıq əməkhaqqının, həm də əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə bağlı müvafiq sərəncamlar imzalayıb.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında prezident sərəncamı həm hazırda pensiyada olan şəxslərin pensiyalarının sığorta hissəsinin artırılmasını, eləcə də hazırda işləyənlərin və ya vaxtı ilə işləyib pensiya yaşına çatmayan şəxslərin fərdi hesablarının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin artırılmasını təmin edəcək. Pensiyaların sığorta hissəsi 2016-cı ilin istehlak qiymətlərinin indeksi səviyyəsində, yəni 12,4 faiz artırılacaq. Bu məqsədlərə il ərzində 123 milyon manat vəsait sərf olunacaq. Artımlar cari ilin yanvar ayından hesablanaraq fevral ayında ödənilməyə başlanacaq. Əmək pensiyası indeksləşdirilən pensiyaçılar – bunlar bütün pensiyaçıların 94 faizini təşkil edir – fevral ayında pensiyalarını alan zaman həm yanvar, həm də fevral ayı üçün hesablanan artımları ala biləcəklər.

Minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam təqribən 146 min nəfər işləyən şəxsi əhatə edəcək və onların əmək haqlarında artım baş verəcəkdir. İlkin hesablamalara görə, bu sərəncamın icrası nəticəsində həmin kateqoriyadan olan işləyənlərin əməkhaqqı formasında gəlirləri təqribən 40 milyon manat artacaq. Minimum əməkhaqqı sosial normadır və qanunvericiliyə görə, aylıq əməkhaqqının məbləği bu məbləğdən aşağı ola bilməz. Bu sərəncamın icrası sosial sığorta haqqı üzrə daxilolmaların da artımı ilə nəticələnəcək. Yəni sosial sığorta daxilolmalarının təqribən 10 milyon manatdan çox artacağı nəzərdə tutulur”.

Azərbaycan neftinin qiyməti 58 dolları ötüb

  • 03 Fevral 2017
  • comments

32 manatlıq artım, 89 qəpiklik eniş

  • 03 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda