• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Moskvanın Suriyaya təklif etdiyi konstitusiya layihəsi çap olunub

  • 01 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Rusiyanın Suriyaya təklif etdiyi konstitusiya layihəsi çap olunub. Layihə bu ilin yanvar ayında Qazaxıstanın Astana şəhərində keçirilmiş sülh danışıqlarında Suriya hakimiyyətinə və müxalifətinə təqdim edilib.

Novator.az-ın məlumatına görə, Rusiyanın təklif etdiyi konstitusiya layihəsində dövlətin rəsmi adı Suriya Respublikası gedir. Hazırda rəsmi ad Suriya Ərəb Respublikasıdır. Ölkənin idarə üsulu isə respublika modelidir.

Layihəyə əsasən, Suriyada dövlət dili ərəb dilidir, kürd mədəni muxtariyyətinin orqanları və təşkilatları kürd dilindən ərəb dili ilə bərabər istifadə edir.

Konstitusiya layihəsində Suriya ərazisinin vahid, toxunulmaz və bölünməz olduğu göstərilir.

Layihədə qanunverici hakimiyyətin Xalq Məclisi və Ərazilər Məclisindən ibarət olduğu yer alır.

Xalq Məclisi əsasən qanunların qəbulu ilə məşğul olur.

Ərazilər Məclisi inzibati ərazi vahidlərinin təmsilçilərindən ibarətdir. Bu qurumun qanunları təsdiqləmək, hökumətə etimad məsələsini həll etmək, prezidenti vəzifədən götürmək, Ali Konstitusiya Məhkəməsinin hakimlərini təyin etmək və başqa səlahiyyətləri var.

Konstitusiya layihəsində icra hakimiyyətinin prezidentə və hökumətə mənsub olduğu göstərilir. Prezident postuna 40 yaşı tamam olmuş Suriya vətəndaşı seçilə bilər. Eyni şəxsin ardıcıl olaraq iki dəfə 7 il müddətinə prezident seçilmək hüququ var.

Prezident baş naziri, onun müavinlərini və nazirləri vəzifəyə təyin və vəzifədən azad edir. Baş nazirin müavinlərinin və nazirlərin təyinatı zamanı etnik və dini balans gözlənməlidir.

Suriyada 2011-ci ilin mart ayında Əsəd sülaləsinin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib. Hazırda Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

2000-ci ildən ölkədə prezident postunu Bəşər Əsəd tutur. 1971-2000-ci illər arasında isə Suriyaya onun atası Hafiz Əsəd prezidentlik edib.

Tikintidə orta əməkhaqqı 20,4 faiz artıb

  • 01 Fevral 2017
  • comments

2016-cı ilin turizm rəqəmləri

  • 01 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda