• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Maliyyə Nazirliyinin yoxlamaları: 921 vəzifəli şəxs cərimələnib

  • 01 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət Maliyyə Nəzarəti Xidməti 2016-cı ildə dövlət büdcəsindən büdcə təşkilatlarına ayrılan vəsaitlərlə bağlı yoxlamaların hesabatını verib. Hesabatı yayan Maliyyə Nazirliyi bildirir ki, artıq ödənilməsi aşkar olunan 9 milyon 168,94 min manat vəsaitin büdcəyə bərpası təmin edilib.

Salyan Rayon İcra Hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsi, Tərtər Rayon Təhsil Şöbəsi və Zərdab Rayon Təhsil Şöbəsi, 1 nömrəli Gəncə Peşə Məktəbi, Mədəniyyət və Turizm Nazirliyinin İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə aparılan yoxlamalarda aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa, 1 nəzarət obyekti üzrə yoxlama materialları isə Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri Baş Prokurorluğun məktublarına əsasən 38 təşkilatı yoxlayıb, bu zaman 227 milyon 726,09 min manat məbləğində mənimsəmə halları aşkar olunub, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilib, indiyə qədər 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69 qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılaraq yoxlama materialları hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin də 51,02 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilib.

2016-cı ildə aparılan yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, 921 vəzifəli şəxsə 616,1 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Nazirlik gənclər üçün görülən işlərin hesabatını v...

  • 01 Fevral 2017
  • comments

Ötən il Ermənistan əhalisi 0,4 faiz azalıb

  • 01 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda