Hər sakin ayda 261 manatlıq alış-veriş edib
Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi haqqında illik hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard mana...
Elgiz Qəhrəmana hökm oxundu
Hazırda həbsdə olan NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Elgiz Qəhrəmanın işi üzrə məhkəmə prosesi yekunlaşıb. Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Elgiz Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Azadlıq” radiosunu...
Rəsmilərin Azərbaycana səfər statistikası
Rəsmi dövlət qəzeti “Azərbaycan” 2016-cı ildə ölkəyə səfər etmiş yüksək nümayəndə heyətləri ilə bağlı statistika açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2016-cı ildə Azərbaycana 15 dövlət başçısı, 13 baş nazir və spiker, 42 ölkənin yüksək rəsmisi, 26 beynəlxalq təşkilatın təmsilçisi səfər ...
Faiq Əmirlinin şikayətinə baxılıb
Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin şikayətinə baxılıb. Vəkil Aqil Layıcov “Amerikanın Səsi”nə deyib ki, proses hakim Faiq Qasımovun sədrliyi ilə keçirilib, Faiq Əmirlinin apellyasiya şikayəti təmin edilməyib. Ape...
Bakıda yeni əczaçılıq zavodunun təməli qoyuldu
Yanvarın 16-sı Bakıda, Pirallahı Sənaye Parkında “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. AZƏRTAC xəbər verir ki, mərasimdə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər. “TPİCO” (İran) layihədə 49 faiz, “A...
Qırğızıstanda matəm elan olundu
Qırğızıstan prezidenti Almazbek Atambayev yanvarın 17-ni ölkədə matəm günü elan edib. Novator.az-ın məlumatına görə, yanvarın 16-da imzalanan sərəncam ölkədə və xaricdəki diplomatik təmsilçiliklərdə dövlət bayraqlarının endirilməsini nəzərdə tutur. Mədəniyyət qurumları və teleradio şirkətlərinə əylə...
İstehsal və yükdaşıma qiymətləri necə dəyişib?
2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalı 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 8,9 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalı 3,4 faiz bahalaşıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Hesabata əsasə...
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hesabat verib
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yanvarın 16-da 2016-cı ilin hesabatını verib. Hesabata görə, ötən il korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb. İdarənin əməliyyat qurumlarının apardığı araşdırmalar üzrə 32 cinayət işi başlanıb. Dövlət qurumları və özəl...
İllik və aylıq inflyasiya göstəriciləri
Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin necə dəyişdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz qalxıb. Ərzaq məhsulları 14,7 faiz, qeyri-ərzaq məhsulları 16,7 ...
16 yanvar məzənnələri
Mərkəzi Bank yanvarın 16-da ABŞ dollarının məzənnəsini dəyişməyib. Novator.az-ın məlumatına görə, dollar ötən cümə günü olduğu kimi 1,7867 manata satılır. Avronun rəsmi kursu 1,897 manatdan 1,8959 manata, Rusiya rublu 0,0301 manatdan 0,03 manata düşüb. Mərkəzi Bank digər valyutalara belə qiymət qoyu...
Təyyarə yaşayış qəsəbəsində yerə düşüb
Türkiyəyə məxsus “Boinq 747-400” yük təyyarəsi yanvarın 16-da qəzaya uğrayıb. Honkonq-Bişkek-İstanbul reysi ilə uçan təyyarə Qırğızıstan paytaxtının “Manas” aeroportuna az qalmış qəsəbədə yerə düşüb. Onlarca evin dağıldığı xəbər verilir. Novator.az-ın məlumatına görə, yerli vaxtla saat 7:10-da baş v...
Hərbi qulluqçu ölümündən sonra təltif edilib
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Fikrət Bəşirov şəhid olub. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yanvarın 15-də yayıb. Hərbi qulluqçunun Dağlıq Qarabağda ermənilərin atəşkəsi pozmasına cavab tədbirləri görülərkən düşmən atəşindən həlak olduğu bildirilir. Şəhid ...
Dövlət sərhədində yeni təxribat
Müdafiə Nazirliyi yanvarın 13-də məlumat yayıb. Qeyd olunur ki, yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə partlayıcı qurğu atılıb: “Mənşəyi və mənsubiyyəti məlum olmayan, qeyri-ənənəvi üsulla hazırlanan partlayıcı vasitələrin ...
Gedən Obamadan qalanlar
2009-cu ildən ABŞ prezidenti olan Barak Obamanın səlahiyyət müddəti başa çatır. Yanvarın 20-dən ABŞ-a Donald Tramp prezidentlik edəcək. Obamanın 8 illik hakimiyyəti nələrlə yadda qalacaq? Novator.az sualı belə qoyub. Alya Yaqublu, jurnalist: – Obama ABŞ-ın ilk qaradərili prezidenti oldu. Bu fa...
“Tufan”a baxış
Yanvarın 13-də prezident, ali baş komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisi və xidməti istifadəyə verilən yeni xüsusi texnikalarla tanış olub. AZƏRTAC xəbər verir ki, dövlət başçısı yeni inşa edilm...
Orta əməkhaqqı 500 manata yaxınlaşır
Yanvarın 13-də Dövlət Statistika Komitəsi yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, 2016-cı il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514,4 min nəfər olub. Onların 889,5 min nəfər iqtisadiyyatın dövlət sektorunda, 624,9 min nəfər isə qeyri-...
QHT rəhbəri dəstəkləyir və təklif verir
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva hökumətin qrant müqavilələri ilə bağlı yeni qərarına münasibət bildirib. Yanvarın 11-də Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası”na dəyişiklik edib (Qrantın ...
Cəhənnəmdən keçmiş mələk (8)
Avtobioqrafik roman Əvvəli: 1 2 3 4 5 6 7 Müəllif: BİRCƏ O vaxtlar bizim eldə təmtəraqlı toylar üç gün çəkərdi. Böyük qardaşım Səməndərə də üç gün toy çalınmışdı. Ancaq Kamilə atam iki gün toy çaldırdı. Məni o toy mağarına girməyə qoymadılar. Birinci gün çox rahat, çox da sakit keçdi. ...
İş stajına hansı müddətlər aid edilir?
“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər təqaüdə 63, qadınlar 60 yaşda çıxır. Bunun üçün azı 12 il sığorta stajı tələb olunur. Bəs sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri necə tənzimlənir? Novator.az buna nəzər salıb. Qanunvericiliklə müəyyən edilmiş qay...
48 komandalı çempionat nəyə gərəkdir?
FİFA dünya futbol çempionatının formatında dəyişiklik edib. 2026-cı ildən dünya çempionatının final mərhələsini 48 milli komanda ilə keçirmək qərarı çıxarılıb (İndi dünya çempionatının final raundu 32 komandanın iştirakı ilə keçirilir). Dünya çempionatında 48 komanda hər birində 3 komanda olan 16 qr...