• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni qurum yaradıldı: Siyasi Məhbusların Müdafiə Mərkəzi

  • 27 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Yanvarın 27-si Bakıda Siyasi Məhbusların Müdafiə Mərkəzi yaradıldığı elan edilib. Mərkəzi siyasi məhbus sayılan şəxslərlə bağlı işçi qrupun üzvləri yaradıblar.

Mərkəzin məlumatında bildirilir ki, məqsəd siyasi məhbus sayılan şəxslərin müdafiə işini daha sistemli və effektli qurmaqdır. Yeni qurumun tərkibinə “Turan” agentliyinin direktoru Mehman Əliyev, kinorejissor Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov, Hilal Məmmədov, Oqtay Gülalıyev və Taleh Xasməmmədov daxildir.

Mərkəzin koordinatoru Oqtay Gülalıyevdir, beynəlxalq əlaqələr üzrə əlaqələndirici funksiyasını isə Leyla Yunus həyata keçirəcək.

Qurumun hazırladığı siyahıda 167 nəfərin adı var.

Novator.az xatırladır ki, ötən ilin oktyabrında Sülh və Demokratiya İnstitutu (rəhbəri Leyla Yunus – Niderlandda yaşayır), Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı (koordinatoru Oqtay Gülalıyev) və Siyasi Məhbusların Monitorinqi Mərkəzi (rəhbəri Elşən Həsənov) siyasi məhbuslarla bağlı siyahı təqdim ediblər. Siyahıda 166 məhbusun adı yer alıb.

Həmin ay 94 nəfərin adı daxil edilən daha bir siyasi məhbus siyahısını hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev açıqlayıblar.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Naxçıvanın qışı

  • 27 Yanvar 2017
  • comments

Cəhənnəmdən keçmiş mələk (10)

  • 27 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda