• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadiyyat nazirinin səlahiyyətləri artdı

  • 27 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında prezident fərmanı imzalanıb. Novator.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyev yanvarın 26-da verdiyi qərarı xarici ölkələrdə ölkənin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması zərurəti ilə əsaslandırıb.

Ticarət nümayəndələrini prezidentlə razılaşdırmaqla iqtisadiyyat naziri təyin edəcək. Təyin olunduğu ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkənin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görməli olan ticarət nümayəndəsi öz funksiyalarını səfirlik və konsulluqların tərkibində həyata keçirəcək.

Nümayəndə ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyacaq və iqtisadiyyat nazirinə tabe olacaq. Konsulluqdakı ticarət nümayəndəsi Azərbaycanın həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərəcək.

Nazirlər Kabineti ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi və onların diplomatik pasportla təmin olunması məqsədilə “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlamalıdır.

Ticarət nümayəndələrinin fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün tələb olunan vəsait İqtisadiyyat Nazirliyinə ayrılacaq.

Novator.az xatırladır ki, iqtisadiyyat naziri postunu Şahin Mustafayev tutur. O, əvvəllər İqtisadi İnkişaf Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi adlanmış quruma 2008-ci ildən rəhbərlik edir.

Trampın ağsaqqallığı

  • 26 Yanvar 2017
  • comments

27 yanvar məzənnələri

  • 27 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda