• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəzifəli şəxslərə yeni cərimələr gəlir

  • 26 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İnzibati Xətalar Məcəlləsinə “Lisenziyalar və icazələr haqqında” qanunun tətbiqi ilə əlaqədar edilən əlavə prezident imzası ilə qüvvəyə minib. Novator.az-ın məlumatına görə, məcəlləyə 602-1-ci maddə əlavə edilib. Yeniliyə əsasən, “Lisenziyalar və icazələr” haqqında qanunda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə vəzifəli şəxslərə beş yüz manatdan min manatadək məbləğdə cərimə düşür.

Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimələnəcək.

Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin (razılığının) və verməli olduqları sənədlərin (icazələrin, aktların və s.) alınması üçün lisenziya və icazə verən orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslərə min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Lisenziya və icazə verən orqanın müraciəti ilə bağlı aidiyyəti dövlət orqan və müəssisələri tərəfindən mənfi rəyin, habelə razılığın verilməsindən imtinanın “Lisenziyalar və icazələr” qanuna uyğun olaraq əsaslandırılmamasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Yeni maddə maliyyə bazarları sahəsində lisenziya və icazə sisteminə şamil olunmur.

Bütün xarici valyutalar bahalaşıb

  • 26 Yanvar 2017
  • comments

Azərbaycan avtoritar rejimlər siyahısında

  • 26 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Minsk qrupu rəsmən arxivə getdi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026” yolçuları

GLOBALS:0
comments
Xəbər

Beşlikdə durum

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukraynada sorğu: güzəşt, ya döyüş?

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Minsk qrupu rəsmən arxivə getdi

Son materiallar

comments
Xəbər

Minsk qrupu rəsmən arxivə getdi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026” yolçuları

GLOBALS:0
comments
Xəbər

Beşlikdə durum

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda