• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan avtoritar rejimlər siyahısında

  • 26 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“The Economist İntelligence Unit” beynəlxalq təşkilatı 2016-cı ilin demokratiya indeksini açıqlayıb. Demokratiya indeksi 5 əsas amilə – seçki prosesi və plüralizm, mülki azadlıqlar, hökumətin funksionallığı, siyasi iştirak və siyasi mədəniyyətə görə müəyyən edilir. Ölkələr 4 əsas qrupa – tam demokratik, qüsurlu demokratik, hibrid rejimlər və avtoritar rejimlərə ayrılır. Azərbaycan sonuncuların sırasındadır.

Sənəd dünya ölkələrinin yarıya qədərinin demokratik hesab edilə biləcəyini, amma tam demokratik ölkələrin sayının azalaraq 20-dən (2015-ci il) 19-a düşdüyünü göstərir. Birləşmiş Ştatların qüsurlu demokratik ölkələr siyahısına gerilədiyi bildirilir. Müəlliflər bunu ABŞ-da hökumətə və seçki rəsmilərinə etimadın azalması ilə bağlayırlar.

Hesabatda bütün dünyada durumun pisləşdiyi, 72 ölkədə demokratiya baxımından geriləmə, 32 ölkədə irəliləyişin müşahidə olunduğu vurğulanır. Geriləmə ən çox Şərqi Avropa ölkələrində qeydə alınıb.

Demokratiyanın səviyyəsinə görə ilk yerlərdə Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Danimarka dayanır. Sonuncu yerdə Şimali Koreya dayanır.

Azadliq.org xəbər verir ki, Azərbaycan demokratiyanın səviyyəsinə görə 165 ölkə arasında 148-ci yeri tutur, Zimbabve (140), Qambiya (143), Cibuti (145), Bəhreyn (146), Birləşmiş Ərəb Əmirliklərindən (147) sonra gəlir. Azərbaycandan sonra Əfqanıstan, Burundi və Sudanın adı çəkilir.

Qonşu ölkələrdən Gürcüstan demokratiyanın dərəcəsinə görə 78-ci, Ermənistan 120-ci yeri tutur. Türkiyə 97-ci, Rusiya 134-cü, İran 154-cü yerdədir.

Müəlliflər avtoritar rejimlər siyahısına aid edilən ölkələrdə diktaturanın hökm sürdüyünü, demokratik institutların mövcud olmadığını, ya da fəaliyyət göstərə bilmədiyini, seçkilərin azad və ədalətli keçirilmədiyini, mülki azadlıqlara sayğı göstərilmədiyini, mətbuatın rejimin nəzarəti altında çalışdığını, senzuranın güclü olduğunu, rejim tənqidçilərinin repressiyaya məruz qaldığını qeyd edirlər.

Hesabatda avtoritar rejimlərin özləri də müqayisə olunur və Rusiya, Belarus, Qazaxıstan kimi ölkələrdəki rejimlərin Azərbaycandakından daha plüralist olduğu vurğulanır.

Vəzifəli şəxslərə yeni cərimələr gəlir

  • 26 Yanvar 2017
  • comments

Qazaxıstanda referendum hazırlığı: prezidentə cəmi...

  • 26 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda