• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əvvəlki qayda ilə köçkünə 37 manat 50 qəpiklik güzəşt düşürdü

  • 25 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Bu il yanvarın 1-dən məcburi köçkünlər üçün yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Müavinət Nazirlər Kabinetinin təsdiq etdiyi qayda əsasında veriləcək.

Novator.az yeniliyi 2017-ci ilədək qüvvədə olmuş qayda ilə müqayisə edib.

Məcburi köçkünə yemək xərci üçün verilən aylıq müavinət (çörəkpulu) 18 manat 50 qəpik idi.

Məcburi köçkün ayda 150 kilovat-saat elektrik enerjisindən pulsuz istifadə edə bilərdi. Bu, 1 kilovat-saat üçün 7 qəpik hesabı ilə 10 manat 50 qəpiklik güzəşt demək idi.

Məcburi köçkünün qış aylarında 45 kubmetr, yay aylarında 25 kubmetr təbii qazdan pulsuz istifadə etmək hüququ vardı. Orta rəqəm kimi 35 kubmetr götürülsə, 1 kubmetr üçün 10 qəpik hesabı ilə məcburi köçkün 3 manat 50 qəpiklik qazı pulsuz işlədirdi.

Məcburi köçkünə ayda 5 kubmetr həcmində su və tullantı sularının axıdılması xidməti pulsuz göstərilirdi.  Bu, kubmetr üçün 50 qəpik hesabı ilə ayda 2 manat 50 qəpik pulsuz xidmət demək idi.

Məcburi köçkün telefondan istifadə haqqına görə aylıq 2 manat 50 qəpik ödənişdən də azad idi. Bu güzəştdən istifadə daha əvvəl, 2016-cı ildən dayandırılıb.

Ümumi hesablama apardıqda əvvəlki qayda ilə məcburi köçkünə ayda 37 manat 50 qəpik güzəşt düşürdü (18 manat 50 qəpik çörəkpulu + 10 manat 50 qəpik işıq pulu + 3 manat 50 qəpik qaz pulu + 2 manat 50 qəpik su pulu + 2 manat 50 qəpik telefon pulu).

Yeni qayda məcburi köçkünə ayda 36 manat müavinət nəzərdə tutur. Bu, əvvəlki güzəşt həcmindən 1 manat 50 qəpik azdır.

Rusiyada ailə üzvünü döyəni necə cəzalandıracaqlar...

  • 25 Yanvar 2017
  • comments

Taleh Bağırov 20 il, Fuad Qəhrəmanlı 10 il həbs cə...

  • 25 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda