• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Büdcənin nə gəlir-çıxarı olub?

  • 25 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Yanvarın 25-də Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsinin icrasına dair ilkin hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, dövlət büdcəsinin mədaxili 16 milyard 822 milyon manat proqnoza qarşı 17 milyard 501,2 milyon manat və ya 104 faiz icra olunub.

Vergilər Nazirliyi dövlət büdcəsinə 7 milyard 15,2 milyon manat vəsait təmin edib. Həmin vəsaitin 77,1 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilə nisbətən 7,6 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi büdcəyə 2 milyard 291,6 milyon manat vəsait təmin edib, 2015-ci ilin göstəricisini 44 faiz qabaqlayıb.

2016-cı ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 239,1 milyon manat, maliyyə aktivlərinin yenidən qiymətləndirilməsindən 130,9 milyon manat, verilmiş kreditlərin qaytarılması və dövlət zəmanətləri üzrə 68,8 milyon manat, o cümlədən xarici kreditlər üzrə 54,2 milyon manat, cərimə və sanksiyaların tətbiqindən 40,4 milyon manat, sair daxilolmalardan 92,2 milyon manat vəsait gəlib.

Dövlət Neft Fondundan büdcəyə 7 milyard 615 milyon manat vəsait transfert edilib, bu da 2015-ci illə müqayisədə 6,3 faiz azdır.

2016-cı ildə dövlət büdcəsinin xərcləri 95,9 faiz və ya 17 milyard 742,4 milyon manat icra edilib.

Dövlət büdcəsi xərclərinin 65,9 faizi cari xərclərə, 24,1 faizi əsaslı xərclərə, 10 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Xərclərin 35,2 faizi sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə gedib, bu da 2015-ci illə müqayisədə 10,1 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri 242,1 milyon manat təşkil edib.

2016-cı ilin icmal büdcəsinin gəlirləri 21 milyard 581,6 milyon manat, xərcləri isə 21 milyard 406 milyon manat icra olunub.

Lapşin şikayət verib

  • 25 Yanvar 2017
  • comments

Qarabağda müharibə olacaqmı? Britaniyalı ekspertin...

  • 25 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda