• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Lapşin Azərbaycandan əfv istəyir

  • 23 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanın tələbi ilə Belarusda tutulan bloqçu Aleksandr Lapşin prezident İlham Əliyevə əfv məktubu göndərib. İsrailin Belarusdakı konsulu Yuliya Raçinski-Spivakova Rusiyanın RİA-Novosti agentliyinə deyib ki, məktubu notarial qaydada təsdiqləyərək Prezident Administrasiyasına göndərib.

“Azadlıq” radiosunun məlumatına görə, diplomat bildirib ki, Lapşinin İsraildə yaşayan anası da oğlunun bağışlanması üçün İsrail Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan prezidentinə məktub ünvanlayıb: “İsrail bloqçunun ekstradisiyasının əleyhinədir. Hesab edirik ki, o azad edilməlidir”.

Novator.az bildirir ki, 1976-cı ildə Rusiyada doğulan Aleksandr Lapşin həm bu ölkənin, həm də İsrailin vətəndaşıdır. Ötən il dekabrın 16-da Azərbaycanın Baş Prokurorluğu bəyan edib ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Lapşin 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: “O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində Lapşin saxlanıb”.

Yanvarın 7-də Azərbaycanın Baş Prokurorluğu bəyanat yayaraq Lapşinin ekstradisiyası barədə sənədləri Belarusa göndərdiyini açıqlayıb. Ötən həftə Belarusda Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edilib.

Azərbaycan ATƏT-ə xəbərdarlıq etdi: “Status-kvonu ...

  • 23 Yanvar 2017
  • comments

Prezident hərbi şəhərcikdə

  • 23 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda