Rusiyanın “Arqumentı i faktı” həftəlik qəzetinə yeni baş redaktor təyin olunub. Novator.az-ın məlumatına görə, bu posta İqor Çernyak gətirilib. İqor Çernyak Nikolay Zyatkovu əvəzləyib.
Nikolay Zyatkov 2016-cı il dekabrın 30-da postundan gedib. O, “Arqumentı i faktı”da 1981-ci ildən işləyib, 2002-ci ildən qəzetin baş redaktoru idi.
Yeni baş redaktor İqor Çernyak vəzifəsinin icrasına yanvarın 25-də başlayır. “Arqumentı i faktı”nın İqor Çernyakın rəhbərliyi altında ilk nömrəsi fevralın 1-də işıq üzü görəcək.
1978-cı ilin yanvarından çıxan “Arqumentı i faktı”nın tirajı 2,2 milyondur.
İqor Çernyak “Sobesednik”, “Komsomolskaya pravda” qəzetlərində işləyib. 2004-cü ildən “Rossiyskaya qazeta”nın baş redaktor müavini olub.