• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirlikdə 20 Yanvar hesabatı

  • 19 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, ölkənin müstəqilliyi uğrunda şəhid olmuş şəxslərin ailə üzvləri və 20 Yanvar əlilləri yüksək diqqət və qayğı ilə əhatə olunublar: “İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 69 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 84 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib. Bu təbəqədən olanlara Azərbaycan prezidentinin aylıq təqaüdləri (20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillərə 165 manat, II qrup əlillərə 143 manat, III qrup əlillərə 110 manat) ödənilir. 20 Yanvar əlillərinə aylıq sosial müavinət və ya əmək pensiyası, onların uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə aylıq sosial müavinət də verilir.

Pensiya qanunvericiliyində isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanması nəzərdə tutulub. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqlarının təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qeyd olunanlarla yanaşı hər il 20 Yanvar faciəsinin ildönümü ərəfəsində 20 Yanvar əlilləri və şəhidlərinin ailələri nazirlikdən birdəfəlik maddi yardımla təmin edilirlər. Bu il də 20 Yanvar faciəsinin ildönümü ərəfəsində nazirlik 423 əlil və şəhid ailəsinə birdəfəlik maddi yardım verib”.

1990-cı il yanvarın 20-də sovet ordusu milli azadlıq hərəkatını yatırtmaq üçün Bakıda kütləvi qırğın törədib. 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb.

Trampdan nə gözləmək olar?

  • 19 Yanvar 2017
  • comments

Cəhənnəmdən keçmiş mələk (9)

  • 21 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda