• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Davosda yeni görüşlər

  • 19 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev yanvarın 18-i Davosda ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Ukrayna prezidentinin Azərbaycana səfərinin əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub, ölkələrin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Dövlət başçıları investisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

İlham Əliyev İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə də bir araya gəlib. Prezident iki xalq arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladıb.

Görüşdə Azərbaycanla İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib. Məsud Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.

AZƏRTAC xəbər verir ki, həmin gün İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih, “Microsoft” şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti Toni Tauns-Vitley, “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre, Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov, “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp, CİSCO şirkətinin icraçı sədri Con Çambers ilə də görüşüb.

Kollegiya iclasında məşğulluq məsələləri müzakirə ...

  • 18 Yanvar 2017
  • comments

And içib vətəndaş oldular

  • 19 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda