• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qafqaz Universiteti ləğv olundu

  • 18 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Qafqaz Universiteti ləğv olunduğunu elan edib. Xəbəri yanvarın 18-də APA-Economics “Vergilər” qəzetinə istinadla yayıb. Qəzetdəki elana əsasən, ali təhsil ocağı təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunub.

Novator.az xatırladır ki, Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il qərarı ilə fəaliyyətə başlayıb, Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il qərarı ilə dövlət qeydiyyatından keçib. 20 avqust 2002-ci ildə Təhsil Nazirliyinin lisenziya verməsi ilə universitetin statusu bir daha rəsmiləşib.

Qafqaz Universitetini Azərbaycanda Türkiyənin “Çağ Öyrətim işlətmələri” qrupu açıb. Sonradan – 2013-cü ildə universitetin təsisçiliyi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib. Bu ictimai birliyin əsas təsisçisi Dövlət Neft Şirkətidir.

Beynəlxalq Təhsil Mərkəzi 2016-cı il iyulun 20-də keçirilən iclasında Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib. O zaman universitetin rektoru türkiyəli professor Əhməd Saniç idi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bir müddət Qafqaz Universitetinə də rəhbərlik edib. Sonradan rektor vəzifəsinə Havar Məmmədov gətirilib.

2017-ci il yanvarın 18-də universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza Modern.az-a açıqlamasında deyib ki, Təsisçilər Şurası maliyyə vəziyyətini nəzərə alaraq ali təhsil ocağının ləğvinə qərar verib. Onun sözlərinə görə, universitetin taleyi ilə əlaqədar yekun qərarı Təhsil Nazirliyi verəcək: “Qafqaz Universitetinin yerində yeni statusda universitetin yaranması, yaxud tələbələrin başqa universitetlərə köçürülməsi mümkündür”.

Məzənnə yenilikləri

  • 18 Yanvar 2017
  • comments

Torpağın və yerin təkinin mühafizəsi: 2016-cı il p...

  • 18 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Təhsil

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda