• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərmayə və sənaye: rəsmi rəqəmlər nəyi göstərir?

  • 17 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Dövlət Statistika Komitəsi sərmayə hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinə 14 milyard 903,4 milyon manatlıq vəsait qoyulub. Bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin 72,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.

Vəsaitin 79,8 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 4,6 faizi isə ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5 faizini təşkil edib.

Statistika Komitəsi 2016-cı il üzrə sənaye istehsalı göstəricilərini də açıqlayıb. Rəsmi hesabata görə, ötən il sənaye sahəsində 32,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,4 faiz az sənaye məhsulu istehsal olunub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5 faiz artıb, neft sektorunda isə 1,1 faiz azalıb.

Sənaye məhsulunun 65,4 faizi mədən, 28,2 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədən sektorunda neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalıb.

Novator.az-ın məlumatına görə, ölkə sənayesinin 2016-cı ili tənəzzüllə başa vurduğunu yazan iqtisadçı Qubad İbadoğlu bildirir ki, son rübdə sənaye istehsalında artan geriləmənin əsas səbəbi neft və qaz hasilatında məhsul istehsalının əvvəlki rübə nisbətən daha da düşməsidir: “Sənaye sektorunda yeni açılan müəssisələrin fəaliyyət göstərə bilməməsi, eləcə də mövcud müəssisələrin istehsal gücünün aşağı düşməsi də milli iqtisadiyyatın bu vacib bölməsində tənəzzülü şərtləndirib. Bu da öz növbəsində ümumi daxili məhsulda enişi dərinləşdirib. Çünki hazırda milli gəlirin beşdə iki hissəsi sənayedə formalaşır.

Gözləntilərə görə, ötən il Azərbaycan iqtisadiyyatı 4 faizədək kiçilib. Bu o deməkdir ki, 2015-ci il səviyyəsinə qayıtmaq üçün bu il ərzində ÜDM ən azı 4 faiz artmalıdır. Amma Dünya Bankı Azərbaycanda 2017-ci ilə 1,2 faiz artım proqnozlaşdırıb”.

Ekspert: “Nə qədər ki, bu defisit var…”

  • 17 Yanvar 2017
  • comments

Lavrov: “Qarabağ münaqişəsi Azərbaycanın daxili iş...

  • 17 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda